"Cahan Sənaye Kompleksi" 40 min ədəd radiator ixrac edəcək - SAZİŞ İMZALANIB
Azərbaycanın və Naxçıvan MR-in qabaqcıl şirkətlərindən "Cahan Holdinq"in tərkibindəki "Cahan Sənaye Kompleksi" Özbəkistana məhsul ixrac edəcək.
Bununla bağlı 24 fevral, 2023-cü il tarixində "Cahan Sənaye Kompleksi" adından Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və Özbəkistanın "Azimut Plus" şirkətinin direktoru Şayusupov Maxmudjon saziş imzalayıblar.
Müqaviləyə əsasən "Cahan Sənaye Kompleksi" Özbəkistana ümumilikdə 40 min ədəd məişət istilik sistemləri radiatoru ixrac edəcək.
İmzalama mərasimi Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının İnvestisiya, sənaye və ticarət naziri Laziz Kudratovun da iştirak etdiyi paytaxt Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu zamanı baş tutub.
Forum Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO tərəfindən təşkil olunub.

/ marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları