"Card to ART" sosial layihəsi
®"Yapı Kredi Bank Azərbaycan" ın əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Samur-Yalama Milli Parkında 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunan "Plastikdən istifadəni azaldaq: yerli səylər, qlobal təsirlər" mövzusunda keçirilən tədbirdə iştirak edib.
Tədbir çərçivəsində "Təmiz Şəhər" ASC-nin təşəbbüsü ilə keçirilən və Yapı Kredi Bank Azərbaycanın da tərəfdaşı olduğu "Card to ART" ("Kartdan Sənətə") sosial layihəsinin təqdimatı baş tutub. İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa, habelə bu istiqamətdə ictimaiyyətin ekoloji maarifləndirilməsinə xidmət edən layihənin məqsədi fəaliyyətində plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Tullantıdan Sənətə" muzeyində təşkil ediləcək "Card to ART" sərgisində ziyarətçilərə təqdim olunacaqdır. / banker.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İnvestisiyanın necə cəlb etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?