Çavuşoğlu: "Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir"
"İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TV 100"ə müsahibəsində deyib.
"PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. Biz həmişə deyirik ki, terror təşkilatları həm İraq, həm də bizim üçün təhdiddir. Əgər yerli rejim terrorla mübarizəni bacarmırsa, biz bunu edərik. İraq hakimiyyəti terrorla uğurlu mübarizə apara bilmir. Təxribatların davam etməsinin səbəbi də budur", – o bildirib.
M.Çavuşoğlu söyləyib ki, Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir: "Onlar terrorçuları ərazidən çıxarmalı idilər. Amma bunu etmədilər. ABŞ hələ silah dəstəyini davam etdirir. ABŞ buna izahat verməlidir".
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək
Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb