Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI
"Ən son gərginlik Qarabağ bölgəsində bir neçə gün bundan öncə baş verib. Bunun əsas səbəbi ondan ibarətdir ki, Vətən müharibəsi başa çatandan və üçtərəfli bəyanat imzalandıqdan sonra biz bir neçə dəfə gərginliyin yaşanmasının şahidi olmuşuq. Bunların hamısının səbəbi Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir".
KONKRET.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-inə müsahibəsində deyib.
"Biz öhdəliklərin yerinə yetirilməməsi dedikdə konkret olaraq erməni silahlı dəstələrinin Qarabağ bölgəsindən çıxarılması mövzusunu nəzərdə tuturuq. Çünki Ermənistanın üçtərəfli bəyanata əsasən belə bir öhdəliyi var idi. Sülhməramlı qüvvələr bölgəyə daxil olan zaman qanunsuz erməni silahlı dəstələri oradan çıxarılmalı idi. Bunun əksinə olaraq orada hələ da qanunsuz erməni silahlı dəstələri qalmaqdadır. Avqustın 3-də isə onlar tərəfindən növbəti təxribat törədilib. Səhər saatlarında həmin təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri şəhid olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri elə həmin gün "Qisas" əməliyyatına start verib. Əməliyyat avqustun 3-də davam etdi. Qarabağ bölgəsində düşmənə sarsıdıcı zərbələr endirildi. Çoxsaylı müraciətlər və vasitəçilər tərəfindən qaldırılan müraciətlər nəticəsində axşam saatlarında əməliyyat dayandırıldı", – XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistandan təxribatlara son qoyulmasını tələb edir: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir və bununla da gələcəkdə belə hallara yol verilməməlidir. Azərbaycanın bununla bağlı yanaşması birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycanın öz suveren ərazilərində hansısa qanunsuz erməni silahlı dəstələrinin qalmasına yol verilməyəcək və bu tələb yerində olmaqla qalır. Bu dəfələrlə səsləndirilib. Hesab edirik ki, erməni tərəfi buna çox ciddi yanaşmalıdır".

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları