"ChatGPT" nədir və ondan necə istifadə etmək olar? – Təlimat

2022-ci ilin noyabr ayının sonunda təsisçilərindən biri İlon Mask olan "OpenAI" şirkəti ChatGPT çat-botunu təqdim edib. O, müxtəlif vəzifələri yerinə yetirməyə qadirdir və hər kəs üçün əlçatandır.
ChatGPT nədir?
ChatGPT – dialoq qura, kodda səhvlər tapa, şeir və ssenarilər yaza və hətta mübahisə edə bilən çat-botdur.
"Bloomberg"in analitiklərinin fikrincə, ChatGPT digər neyron şəbəkələrdən müxtəlif sahələrdən olan tapşırıqları yerinə yetirmək qabiliyyətinə görə fərqlənir. Neyroşəbəkə maliyyə təhlili apara, texniki məqalələrin və ya elmi konsepsiyaların xülasəsini edə, proqnozlar, şəxsi məsləhətlər və istənilən suallara cavablar tapa bilir.
ChatGPT: puluz, yoxsa abunə ilə?
Neyron şəbəkədən pulsuz istifadə etmək olar, bunun üçün "OpenAI" saytında qeydiyyatdan keçmək lazımdır. Qeyd edək ki, ChatGPT Plus hazırda yalnız ABŞ sakinləri üçün əlçatandır. Buna baxmayaraq, komanda yaxın gələcəkdə digər ölkələrə və bölgələrə çıxışı genişləndirməyi planlaşdırır.
ChatGPT nələri bacarır?
– Kod yazmağı. Çat-bot əməliyyat və ya prosesi necə yerinə yetirə biləcəyinizi təklif edir, həmçinin səhvləri axtarıb tapır və kodu bir proqramlaşdırma dilindən digərinə çevirir.
– Mürəkkəb suallara cavab verməyi. İstifadəçilərin müşahidələrinə görə, cavabların keyfiyyəti "Google" axtarışından daha yüksəkdir.
– Ssenarilər yazmağı. ChatGPT ilə siz köhnə serialların yeni epizodlarını yarada və ya  qəhrəmanlar üçün xüsusi tapşırıqlar təyin edə bilərsiniz.
– Mahnı sözləri və notlar yazmağı. 
– Tibbi məsləhətlər verməyi. ChatGPT sizə baş ağrısı və ya allergiya olduqda nə etməli olduğunuzu deyir, lakin sonra həkimə müraciət etməyi məsləhət görür.
– Planlar qurmağı və hesablamalar aparmağı. ChatGPT sizə ümumi gündəlik kalori qəbulunuzu hesablamağa və ya fərdiləşdirilmiş yemək planı yaratmağa kömək edə bilər.
– İnşalar və esselər yazmağı. 
– Digər neyron şəbəkələr üçün sorğular yaratmağı. 
ChatGPT: istifadə qaydaları
Çat-botun onunla işləyərkən nəzərə alınmalı olan məhdudiyyətləri var. Məsələn:
– ChatGPT bəzən inandırıcı səslənən, lakin səhv və ya mənasız cavablar verir. Bu səbəbdən "Stack Overflow" IT forumunun administrasiyası platformaya çat-botun verdiyi cavabların yerləşdirilməsini müvəqqəti olaraq qadağan edib;
– ChatGPT aydınlaşdırıcı suallar vermir və sadəcə istifadəçinin nə demək istədiyini təxmin edir;
– süni intellekt hələki 2021-ci ildən sonrakı dünya haqqında "məhdud biliyə" malikdir və konkret insanlar və hadisələrlə bağlı suallara cavab verməkdən yayınmağa çalışır.
ChatGPT ətrafında mübahisələr
ChatGPT-nin əleyhdarları hesab edirlər ki, o, müəllif hüquqlarının pozulması ilə bağlı bir çox qanuni presedentlər yaradacaq, çünki yeni məzmun (kontent) yaratmır.
Süni intellekt tərəfdarları isə deyirlər ki, ChatGPT bir çox proseslərdə inqilab edəcək. Məsələn, öyrənməyə yanaşmaya təsir göstərəcək, çünki təhsil müəssisələri ənənəvi inşaları nə ilə əvəz edəcəklərini düşünməli olacaqlar.
Bundan əlavə, yeni texnologiya "Google" kimi ənənəvi axtarış sistemlərini bazardan kənarlaşdıra bilər. Belə ki, ChatGPT-nin potensialı şirkətlərin biznes modellərindən asılı olan bütün müasir axtarış sistemlərindən daha genişdir. / banker.az

Xəbərlər     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd


iqtisadi xeberler biznes ideyalari iqtisadiyyat xeberleri leobank kart bitcoin