Code Academy tərəfindən BDU-da icra olunan layihənin məzun günü keçirilib

Code Academy tərəfindən BDU-da icra olunan layihənin məzun günü keçirilibAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə Code Academy tərəfindən 2021-ci ildən etibarən icra olunan #CodeForFuture layihəsinin Bakı Dövlət Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin tələbələri üçün məzun günü keçirilib.
Code Academy-nin yaydığı məlumatda bildirilir ki, tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru Elçin Babayev, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin sədr müavini Kamran Rəsulov, Code Academy tədris müəssisəsinin təsisçisi və icraçı direktoru Ülvi Aslanov layihənin əhəmiyyəti haqqında məlumat vermiş, yüksək nəticə ilə tədrisi bitirən tələbələri təbrik edərək, diplomlarını təqdim ediblər. 
Ümumilikdə, Bakı Dövlət Universitetində Code Academy tərəfindən 4 semestr icra olunan #CodeForFuture layihəsi çərçivəsində 276 tələbə təhsil alıb, əmək bazarına hazır kadr kimi formalaşaraq, aşağıdakı əsas üstünlükləri əldə ediblər:
-BDU məzunu olaraq diplomun alınması
-Code Academy-də təhsilini təsdiqləyən diplom/sertifikat
-Layihə işləri əsasında ilk peşəkar portfolionun formalaşması
-Beynəlxalq sertifikat qazanaraq, iş həyatına rahatlıqla başlama imkanı. 
2022-2023-cü tədris ilinin payız semestri üzrə 100 tələbənin iştirakı ilə davam edən layihədə proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu sahələrinin tədrisi həyata keçirilmişdir. Tələbələr tədris müddəti ərzində əldə etdikləri bilikləri real iş mühitinə uyğun hazırladıqları kiçik və final layihələr üzərində tətbiq edərək, praktiki bacarıqlarını da inkişaf etdiriblər.  
BDU-da hər semestr əldə olunan nəticələr digər semestrlə müqayisədə daha da yüksək olub. Belə ki, 2022-2023-cü tədris ili ərzində Sistem və Şəbəkə administratorluğu proqramı üzrə təhsil alan 48 tələbədən 37 nəfəri beynəlxalq CompTIA A+ Core1 və Core2 sertifikatı, 1 nəfər isə həm də CCNA sertifikatı əldə etmişdir. Bu sertifikatı əldə edən şəxslərin hər biri rəqabətli əmək bazarında çox rahatlıqla iş imkanı qazanırlar. Həmçinin, payız semestrindən məzun olan 100 tələbədən 17 nəfəri yüksək şərəf, 27 nəfəri isə şərəf diplomu əldə edərək, təhsilini çox yüksək nəticələrlə başa vurublar. 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyilə icrasına start verilən layihə uğurla davam edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyilə Technest təqaüd proqramı çərçivəsində regionlarda həyata keçirilir, daha da genişlənərək, minlərlə tələbənin gələcəyinə töhfə verir. Hal-hazırda, hər iki nazirliyin dəstəyilə Code Academy AzTU, BDU, AzMİU, LDU, SDU və GDU-da tədrislərini davam etdirir. 
Layihə haqqında ətraflı məlumatla saytına keçid edərək tanış ola bilərsiniz. 
Code Academy tərəfindən BDU-da icra olunan layihənin məzun günü keçirilibCode Academy tərəfindən BDU-da icra olunan layihənin məzun günü keçirilibCode Academy tərəfindən BDU-da icra olunan layihənin məzun günü keçirilib/ marja.az

Maraqlı     Tarix: 14 iyun 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank