CodeForFuture Azərbaycanda İT sahəsində qabaqcıl layihəyə çevrilib

CodeForFuture Azərbaycanda İT sahəsində qabaqcıl layihəyə çevrilib(®) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən #CodeForFuture layihəsi 2021-ci ildən etibarən İT sahəsində təhsil alan universitet tələbələrinin bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif tədbirlər təşkil edir.
Bu innovativ layihənin əsas məqsədi tələbələri zəruri avadanlıq və materiallarla təmin edərək onların inkişafına dəstək olmaq, Azərbaycanın sürətlə inkişaf edən texnoloji ekosistemini yüksək ixtisaslı işçi qüvvəsi ilə təmin etməkdir.
#CodeForFuture layihəsi çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ölkənin qabaqcıl ali təhsil müəssisələrindən 4800 tələbəyə dəstək göstərilib.
Bakı ilə yanaşı, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə regionlarda da, o cümlədən Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universitetində uğurla davam etdirilir.
#CodeForFuture təşəbbüsünün uğurunda rol oynayan əsas amillərdən biri də "Code Academy" və "Algoritmika" kimi tədris mərkəzləri ilə əməkdaşlıqdır. Bu mərkəzlər tələbələrə "full-stack" proqramlaşdırma, keyfiyyət təminatı mühəndisliyi, sistem administrasiyası, İT dəstəyi (Helpdesk), kibertəhlükəsizliyin əsasları və "AutoCAD", "Solidworks" kimi "CAD" proqramlarına dair keyfiyyətli dərslər təklif edirlər. Təqdim olunan proqramlar qabaqcıl İT bilik və bacarıqlarını akademik kurikuluma inteqrə edir. Bunlarla yanaşı, layihə çərçivəsində ölkənin rəqəmsal savadlılığını artırmaq məqsədilə müəllimlər üçün də təlimlər keçirilir.
Hazırda #CodeForFuture layihəsi müasir İT bacarıqlarını öyrənmək istəyən tələbələri cəlb edərək böyüyür və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verən yeni nəsil peşəkarları yetişdirir, onların potensialını maksimum dərəcədə istifadə etməyə imkan tanıyır. / marja.az

Maraqlı     Tarix: 11 sentyabr 2024

Oxşar xəbərlər

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van


iqtisadi xeberler bitcoin qiymeti kicik biznes online pul qazanmaq biznes xeberleri