Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək
"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənişlərin onlayn qaydada - bank kartları, Apple Pay və Google Pay daxil olmaqla müasir ödəniş üsulları ilə - sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir. Hesablaşmalar isə real vaxt rejimində Dövlət Xəzinədarlığı Agentliyinin müvafiq hesabına köçürülür.
FED.AZ xəbər verir ki, Şirkətin xidmət göstərdiyi qurumlar siyahısına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri, bələdiyyələr, mənzil-kommunal təsərrüfatı birlikləri və digər qurumlar daxildir. Şirkət həmçinin Mobil Notariat, myGov, İNVA, Elektron Hərrac Portalı və digər rəqəmsal platformalar üçün ödəniş həlləri təqdim edir. Bundan əlavə, özəl sektorda onlayn mağazalar, restoran şəbəkələri və digər rəqəmsal xidmət platformaları ilə də əməkdaşlıq təcrübəsi mövcuddur.
Yaxın zamanlarda isə "MSolution" şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin keçirdiyi satınalma müsabiqəsinin qalibi olub. Müsabiqə nəticələrinə uyğun olaraq, Agentliyin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" elektron pul təşkilatının ödəniş infrastrukturu vasitəsilə həyata keçiriləcək.
"Dövlət qurumlarının ödəniş proseslərinin rəqəmsallaşdırılması və bu sahədə müasir həllərin tətbiqi xidmətlərin əlçatanlığının və rahatlığının artırılmasına xidmət edir. Məqsədimiz dövlət xidmətləri üzrə ödənişlərin vətəndaşlar üçün daha rahat, operativ və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etməkdir", - deyə "MSolution"un direktoru Emil Abbasov bildirib.
MSolution haqqında
"Multi Solutions" MMC (MSolution) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılmış elektron pul təşkilatı və texnologiya şirkətidir. MSolution Visa, Mastercard və Google Pay üzrə rəsmi PSP tərəfdaşıdır, PCI DSS təhlükəsizlik standartına və ISO 27001 sertifikatına malikdir.

"TikTok"la "Instagram"a girişdə problem yarandı
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Whatsapp biznesin üstünlükləri nələrdir?
İKEA şirkətinin tarixi
Cash Back nədir?
Dünyanın ən bahalı restoranları
Biznes qurmaq istəyənlərə 10 məsləhət