Dələduzlardan qorunmağın 12 yolu

Dələduzlardan qorunmağın 12 yolu®Bank müştərilərinə qarşı kiberdələduzluq halları günümüzün əsas problemlərindən birinə çevrilib. Demək olar ki, hər gün kimsə dələduzlara inanıb fərdi məlumatlarının onların əlinə keçməsinə şərait yaradır və sonra da bunun ziyanını çəkir. 
Etibarlı bankınız ABB müştəriləri belə vəziyyətlərdən qorumaq, onları bu mövzuda mümkün qədər maarifləndirmək üçün gündəlik təcrübədə ən çox təsadüf edilən kiberdələduzluq hallarının siyahısını hazırlayıb. 
Oxuyaq, mümkün qədər paylaşaq, özümüzü də qoruyaq, başqalarını da… 
Bank işçisi adından zəng gələndə sayıqlığı itirməyin!   
Bir çox hallarda dələduzlar bank işçisi adı ilə zəng edirlər. "Bank tərəfindən hansısa şübhəli əməliyyatın aşkarlanması", yaxud "Sistemdə çətinliklərin yaranması" bəhanəsi ilə guya hesabdakı pullarınızı qorumaqdan ötrü sizdən məxfi məlumatlarınızı istəyirlər. Eşidin, amma inanmayın. Bu məlumatları (kartın üzərindəki 16 rəqəmi), CVV və ya CVC kodunu, SMS-lə daxil olan OTP kodunu, yaxud "Onlayn bank"a giriş şifrənizi) heç bir halda kiminləsə bölüşməyin. Bilin ki, həmin məlumatların hamısı banklarda var. Ehtiyac yarananda, bank işçisi sizə zəng etmədən də özü bütün lazımi əməliyyatları həyata keçirə bilir. 
Dələduzluq əməllərinə şübhə yarandıqda bank əməkdaşı çox az xüsusi hallarda müştəriyə zəng edə bilər. Amma bu zaman yalnız müvafiq əməliyyatın məhz müştərinin özü tərəfindən həyata keçirilib-keçirilmədiyi soruşulur. Hansısa rəqəmlərin və ya kodların təqdim edilməsi isə qəti şəkildə istənilmir. Əgər kimsə bu məlumatları da öyrənmək istəyirsə, bilin və agah olun ki, bank əməkdaşı ilə yox, dələduzla danışırsınız.  
Yaxınlarınızdan təcili pul xahişi gələndə dəqiqləşdirmə aparın!
Müəyyən hallarda dələduzlar ayrı-ayrı şəxslərin "WhatsApp", "Telegram", "Instagram" və başqa sosial şəbəkə hesablarını ələ keçirib onların hesabından yaxın adamlara yazmağa başlayırlar. Çətin vəziyyətdə olduqlarını, təcili olaraq pula ehtiyaclarının yarandığını bildirib, müvafiq kart nömrəsinə vəsait göndərilməsini xahiş edirlər. Belə hallarla rastlaşanda mütləq diqqətli olun! Necə? Sizə yazmış şəxsin mobil nömrəsinə zəng edin. Dəqiqləşdirib görün, yazan həmin şəxsin özüdür, ya yox?! Hətta mobil nömrədən gələn bu məzmunda zənglərə də dərhal inanmayın. Ola bilər ki, dələduzlar Sizi həyəcanlandırıb, təşvişinizdən istifadə etmək istəyirlər.
Hesabınıza səhvən pul köçürdüyünü deyənlərə inanmayın!
Bu da tez-tez istifadə edilən tələdir. Bəzən müştəriyə zəng edib, yaxud SMS göndərib iddia edirlər ki, guya hesabınıza səhvən pul köçürüblər və indi həmin məbləği geri qaytarmaq lazımdır. Bilin ki, bu, bir dələduzluq üsuludur. Pulu köçürsəniz, onu geri qaytarmaq mümkün olmayacaq. Balansınızı yoxlamadan, daha sonra bankla əlaqə saxlamadan həmin şəxslərə heç bir köçürmə əməliyyatı etməyin.
Endirim və hədiyyə təkliflərini araşdırın!
Sosial şəbəkələrdə cərimə ilə bağlı endirimlər, şirnikləndirici investisiya imkanları, ucuz qiymətə elektronika məhsulları, təyyarə biletləri, hədiyyə kartları, filmlərə rəy yazaraq qazanc imkanları və s. ilə bağlı təkliflər görəndə mütləq əlavə araşdırmalar aparın. Həmin fürsətləri təqdim edən qurumların rəsmi veb-səhifələrinə baxın. 
Hər "xoş xəbər"ə sevinməyin!
Bir də görürsünüz, sizə zəng edib, ya da SMS, sosial media hesablarınızdan mesaj göndərib, təbrik edib lotereya qalibi olduğunuzu, hansısa uduşlu oyunda hədiyyə qazandığınızı deyirlər. Sonra isə hədiyyə məbləğini hesabınıza köçürmək üçün məxfi məlumatlarınızı istəyirlər. Təbrikə görə təşəkkür edib, bildirin ki, bununla bağlı əvvəlcə bankınıza məlumat verməlisiniz. Və dərhal sağollaşıb bankla əlaqə saxlayın. 
Şübhəli lotereya oyunlarına qoşulmayın!
Hərdən də sizə elektron məktub və ya SMS-lə link göndərib təklif edirlər ki, lotereya, yaxud mərc oyununa, uduş kampaniyasına qoşulasınız. İnternetdə də tez-tez bu cür reklamlar rastınıza çıxır. Bu anlarda son dərəcə diqqətli olun. Araşdırmadan əsla bu linklərə keçid etməyin. Çünki onların çoxu saxtadır. Şəxsi məlumatlarınızı bura daxil etməklə qalib olmaq şansı qazanmırsınız, öz məlumatlarınızı dələduzlarla bölüşürsünüz. Üstəlik, bəzi oyunlarda iştirak üçün müəyyən məbləğdə ödəniş də istəyə bilərlər. 
Mobil cihazınızı qoruyun!
"Google Play", "App Store"-dan yalnız rəsmi tətbiqləri yükləyin. İnternetdə alış-veriş üçün pul ödəyərkən veb-saytların ünvanını diqqətlə yoxlayın. Domen adı saytın rəsmi adı ilə tam uyğun gəlmirsə, məlumatları qətiyyən daxil etməyin. Bu, təhlükəlidir. Yaxşı olar ki, brauzerdə saxta saytların bloklanması funksiyasını da aktivləşdirəsiniz. 
Özünü hər hansı təşkilatın əməkdaşı olaraq təqdim edib, cihazınıza mobil tətbiq yüklətdirmək istəyən şəxslərdən də uzaq durun. Cihazınızı kənar şəxslərə verməyin. Əgər cihazınıza rəsmi mənbələrdən yüklənməyən tətbiqlər yüklənibsə, onları dərhal silin. Yoxsa cihazınızın idarəetməsi, daxil etdiyiniz kart məlumatları, şifrələr, sosial şəbəkə hesablarınız başqa əllərə keçə bilər. Mobil cihazınıza qəfildən belə bir tətbiqin yükləndiyini görsəniz və cihazınızın idarəetməsini itirsəniz, dərhal WiFi şəbəkəsini söndürün. Əgər internetə GSM-lə bağlanmısınızsa, SİM kartı cəld cihazınızdan çıxarın.
Təhlükəsiz internet şəbəkəsinə qoşulun!
Onlayn bank xidmətlərindən ictimai WiFi şəbəkəsində (məsələn, kafe-restoranlarda, parklarda, ictimai nəqliyyatda və s.) istifadə etməyin. Başqa şəxslərə aid kompüterlərdən, mobil cihazlardan da bank hesablarınıza daxil olmayın. Həmişə təhlükəsiz internet bağlantısı seçdiyinizə əmin olun. 
Şirnikləndirici alış təkliflərinə aldanmayın!
Elan saytlarında satış elanı yerləşdirmisiniz?! Xeyirli olsun! Amma satdığınız əmlakın, əşyanın yalnız internetdə şəklini görüb beh ödənişi üçün kart məlumatlarınızı istəyən şəxslərdən uzaq durun. Bu məlumatları onlarla bölüşməyin. Real alıcıdırsa, yerində baxıb ödənişini edəcək. Kimsə satdığınız əmlakın, əşyanın sadəcə şəklinə baxıb alış qərarı verirsə, üstəlik beh ödəmək üçün kart məlumatlarınızı istəyirsə, dərhal düşünün ki, siz özünüz belə edərdinizmi?! Əgər belələri varsa, deməli, bu, fırıldaq ola bilər.    
Hesabınızı nəzarətdə saxlayın!   
Bankın mobil tətbiqini yükləyib istifadə edin. Kart, depozit və digər hesablarınız üzrə əməliyyat tarixçələrini mütəmadi yoxlayın. 3D təhlükəsizlik xidmətinin aktivliyinə əmin olun. Əməliyyatlar haqqında anında məlumat almaq üçün SMS-bildiriş xidmətini aktivləşdirməyiniz də məqsədəuyğundur. Əgər özünüzün həyata keçirmədiyiniz, yaxud məlumatınız olmayan hansısa əməliyyat cəhdləri barədə bildirişlər alırsınızsa, mobil tətbiq vasitəsilə dərhal kartı bloklaşdırın və banka bu barədə məlumat verin.
Bankın sizdən hansı məlumatları istəyə biləcəyindən agah olun!
Bank işçisi istənilən telefon söhbəti zamanı müştərilərdən yalnız müştəri eyniləşdirməsi üçün lazım olan az sayda məlumatları istəyə bilər. Bura daxildir: müştərinin bank identifikasiya kodu (CİF), kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi, şəxsiyyət vəsiqəsinin FİN kodu və s. Bundan başqa, bank əməkdaşı sizdən heç bir məlumat istəmir. 
Bank, şəxsi məlumatlarınızı daxil etmək üçün heç bir forma/link, şəxsi məlumatların təsdiqlənməsi, yenilənməsi və ya təqdim edilməsi tələbi ilə SMS, yaxud elektron məktub da göndərmir. Bank işçiləri heç vaxt müştərilərdən məxfi məlumatları (kartın tam nömrəsi, PİN, SMS və CVV/CVC kodları və s.) istəmir və kartlarla əməliyyatların aparılmasını tələb etmirlər. 
Müştəri xidmətləri strukturlarında mobil nömrə dəyişikliyi zamanı düzgün nömrənin qeyd edilməsini yoxlamaqdan ötrü sizə birdəfəlik şifrə (OTP) göndərilə bilər. Bu halda əməliyyatçı yalnız yeni təyin edilən mobil nömrəyə daxil olan birdəfəlik şifrəni səsləndirməyinizi istəyəcək.
ABB mobile tətbiqindən istifadə edin!
Çünki ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO:IEC 27001:2022 təhlükəsizlik sertifikatına malikdir. Tətbiq müştəri kimliyinin identifikasiyası və maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin edən beynəxalq sistemlərdən istifadə edir. Telefona viruslar, zərərli proqramlar daxil olduqda bu sistemlər onların ABB mobile-a keçidinin qarşısını alır, bank məlumatlarının dələduzların əlinə keçməsinə imkan vermir. Sistem zərərli cəhdləri də bloklaşdırır, müştərinin cihazını avtorizə edilməmiş kənar zərərli müdaxilələrdən qoruyur. 
Bundan başqa, bank adından satış məqsədli zənglər ediləndə hər zəngdən əvvəl müştərinin mobil telefonunda belə bir zəngin ediləcəyi barədə bildiriş görünür. Beləliklə, müştəri zəngin bankdan edildiyinə tam əmin olandan sonra ona cavab verə bilir. ABB mobile-da qeydiyyat zamanı da artıq ikili qoruma mexanizmi tətbiq edilir. Qeydiyyatdan keçmək istəyən hər kəs kimliyini FİN kodu ilə yanaşı, SİMA imzası ilə də təsdiqləyir. Bu isə gələcəkdə mümkün dələduzluq cəhdlərinin qarşısını alır. / banker.az

Banklar     Tarix: 09 aprel 2025

Oxşar xəbərlər

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon  manata çatıb. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib ki, ötürülən portfelin böyük hissəs

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr


iqtisadi xeberler bitkoin almaq biznes xeberleri emlak xeberleri leobank kart