Depozit faizləri yüksəlib

Depozit faizləri yüksəlibAzərbaycanda müddətli depozitlərin həcmi tarixi maksimum yeniləyərkən, onların banklar üçün xərc göstəricisi də yüksəlib. Ümumilikdə ölkədə faizlərdə artım müşahidə edilib.
Banker.az xəbər verir ki, 2024-cü ilin mayında yeni cəlb edilmiş depozitlərin orta faiz göstəricisi 7.64%-dən 7.95%-ə qalxıb. Xarici valyutada isə 2.77%-dən 2.46%-ə düşüb.
Mərkəzi Bankın ötən həftə açıqladığı statistik bülletenə əsasən, cəmi depozit 2.3 faiz artımla 35 milyard 361.1 milyon manata yüksələrkən, bunun 7 milyard 414.1 milyon manatı fiziki şəxslərin, 4 milyard 888.5 milyon manatı hüquqi şəxslərin müddətli depozitlərdir. Bank sektoru 2024-cü ilin ilk 5 ayında 260.9 milyon manat depozitlər üzrə faiz ödənişlər həyata keçirib. Bunun 224.1 milyon manatı müddətli depozitlərdir. O cümlədən bunun da 62.2 milyon manatı maliyyə sektoruna ödənilən depozitlər olub. Müddətli depozitlər üzrə ödənişlər 14 faiz yuxarı olub.
Bununla belə, müddətli depozit və əmanətlərin bölgüsündə orta faizlər fərqli istiqamətdə hərəkət edir. Məsələn, şirkət və təşkilatların müddətli depozitləri 6.03%-dən 6.16%-ə qalxarkən, əhalinin depozitlərinin orta faiz dərəcəsi 9.34%-dən 9.28%-ə qədər azalıb.
Azərbaycanda hökumət cari ildən depozitlər üzrə diferensial vergi siyasəti tətbiq edir. Məsələn, aylıq faiz gəliri 200 manata qədər olan depozit faizləri 10%-lik vergidən azaddır. Söhbət burada milli valyutada cəlb edilən depozitlərdən gedir. Belə ki, 2016-2023-cü illərdə depozitlər faizdən azad idi. 2023-cü ildən etibarən bununla bağlı qanun müddəti uzadılmamışdı və bu depozitlərdə faiz gəlirində 10% əlavə xərcə səbəb olmuşdu.
Mərkəzi Bankın yeni sədri "manatın dəyərini" ölçən uçot faiz dərəcəsini işə salmaq üçün çalışır. Bu səbəbdən də requlyator bir sıra monetar alətrlərlə bazara təsir etməklə faizlərin təsir gücünü artırmaq istəsə də, bu depozit və kredit bazarında hələdə effektsizdir. Baş bankir son açıqlamalarında bunun "avtonom" təsirlərlə əlaqələndirmişdi.
Belə ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 2023-cü ilin son rübündən 9.0%-dən may ayına qədər 7.25%-ə salıb. Ölkədə depozitlər üzrə orta faizlər 8.21%-dən 8.37%-ə qalxarkən, orta kredit faizləri 14.38%-dən 14.37%-ə cüzi düşüb. Əahliyə verilən kreditlər 16.06%-də sabit qalıb.

Banklar     Tarix: 01 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bu gunun xeberleri pul qazanmaq