Dərmanın da qiymətini 'şişirdiblər': "Zeytun Pharmaceuticals" cəriməlik oldu
İstehlakçıların hüquqlarının pozulması halları davam edir.
Etiket başqa, kassada başqa qiymət: "Viva Desserts" müştərini belə yanıltdı!
FED.az xəbər verir ki, "Zeytun Pharmaceuticals" MMC barəsində Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub. Müəyyən edilib ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha qiymətə sataraq qanun pozuntusuna yol verib.
Qeyd edək ki, sözügedən protokol 17 mart 2025-ci il tarixində tərtib olunub. Faktla bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, satış zamanı "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 4.7-ci maddəsi pozulub.
Hüquq pozuntusu İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan hal — dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması kimi qiymətləndirilib.
Məlum olduğu kimi, dərman vasitələrinin qiyməti dövlət tərəfindən nəzarətdə saxlanılır və bu sahədə istənilən pozuntu həm ictimai sağlamlığa, həm də istehlakçıların hüquqlarına zərər vurur. Agentlik bu cür halların qarşısını almaq məqsədilə monitorinqləri davam etdirir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab