DGK: "İdxal mallarının ƏDV-dən azad olunması marağımızdadır"
Azərbaycana idxal olunan bir sıra malların əlavə dəyər vergisindən (ƏDV) azad olunması Dövlət Gömrük Komitəsinin (DGK) marağındadır.
Bunu Komitənin katibliyinin rəisi Əsgər Məmmədov bildirib.
Bununla belə, o qeyd edib ki, hər bir azadolma büdcə üçün itki deməkdir.
Gömrük rəsmisi əlavə edib ki, ötən il ilk dəfə Komitə dövlət büdcəsinə 5 milyard manatdan çox vəsait köçürüb, o cümlədən ƏDV üzrə daxilmalar 4 milyard manatı keçib, büdcəyə plandan 1 milyadd manatdan artıq vəsait ödənilib.
"Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun", - Ə.Məmmədov deyib.
Vergi Məcəlləsinə əsasən, 2023-cü ildən sənaye, yaxud texnologiyalar parkının rezidentləri və investisiya təşviqi sənədini alan vergi ödəyiciləri tərəfindən istehsal sahələrinin tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular idxal zamanı ödənilən ƏDV-dən azaddır.
HƏMÇİNİN OXU: Gömrük orqanlarına ödənilən böyük həcmdə vergi ləğv edildi
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?