DİN: Sabirabadda qazinin dəfnində insident yaşanması ilə bağlı məlumatlar əsassızdır
Sosial şəbəkələrdə qazi Elvin Cəfərovun dəfnində insident yaşanması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:
"Allahdan qazimizə rəhmət diləyir və təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkə səhifələri qazimizin faciəsindən öz çirkin məqsədləri üçün istifadəyə cəhd ediblər. Amma Elvin Cəfərovun ailəsi öz səbrli və təmkinli davranışı ilə onların bu cəhdini heçə çıxarıb.
Qazimizin dəfnində rayon rəhbərliyi, rayonun ictimaiyyətinin üzvləri, eləcə də onun yaxınları iştirak ediblər. Elvin Cəfərov el adət-ənənəsinə uyğun dəfn olunub. Dəfn prosesində heç bir insident qeydə alınmayıb". /report.az
Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb
Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar