Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT

Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏTABŞ-ın əmək bazarına dair göstəricilərin dərc olunmasından sonra beynəlxalq birjalarda dollar major valyutalar qarşısında dəyər itirməyə davam edir, qızıl isə tarixi maksimum səviyyəsini yeniləyib.
Ötən həftə açıqlanan zəif statistik nəticələr investorlarda Federal Ehtiyatlar Sisteminin (FED) sentyabr iclasında uçot dərəcəsini azaldacağına dair inamı gücləndirib. Bəzi ekspertlər hətta faiz dərəcəsinin birdən-birə 50 baza bəndi endirilə biləcəyini istisna etmirlər.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
EUR/USD valyuta cütlüyü 1.17030 səviyyəsindən 1.17780 səviyyəsinədək yüksəlib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34820 həddindən bahalaşaraq 1.35770 həddinə kimi artıb. USD/JPY cütlüyü isə 148.570 səviyyəsindən 146.900 səviyyəsinədək kəskin enib. Qızıl ötən ayın sonunda başlayan artım tendensiyasını davam etdirir. Qiymətli metalın bir unsiyasının dəyəri bu gün 3658$-a qədər yüksələrək yeni rekord həddi müəyyən edib. 
Bazar günü "OPEC+" ölkələrinin nümayəndələrinin keçirilmiş görüşün yekununda iştirakçılar oktyabr ayı üçün neft hasilatının maksimal icazə verilən səviyyəsini sentyabr göstəricisi ilə müqayisədə sutkada 137 min barel artırmaq barədə qərar qəbul ediblər. Bunun fonunda "Brent" markalı neftin bir barel üçün qiyməti ilk olaraq 67.30$-a qədər artıb, daha sonra isə "qara qızıl" 66$-a kimi geriləyib. Hazırda neftin qiyməti 66.70$ ətrafında ticarət olunur.
Bazar ertəsi Almaniyada açıqlanmış məlumatlara əsasən, ölkənin Ticarət Saldosu iyul ayında 15.4 milyard avrodan 14.7 milyard avroya kimi zəifləyib. Almaniyanın Sənaye Sektorunda İstehsal Həcmi isə iyun ayında 0.1% azaldıqdan sonra iyul ayında 1.3% artıb. Həmçinin, Yaponiyanın ÜDM-i rüblük ifadədə 0.5% artıb.
İnvestorlar çərşənbə günü ABŞ-da açıqlanacaq İstehsal Qiymətləri İndeksi (PPI) və cümə axşamı Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarını diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb / marja.az

Maliyyə     Tarix: 10 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari