Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞÇərşənbə axşamı açıqlanan iqtisasi göstəricilərə əsasən ABŞ-da mall-ticarət kəsiri, aylıq müqayisədə 2% artaraq 91.5 milyard dollara çatmış, "S&P Case-Shiller Milli Mənzil Qiymətləri İndeksi, keçən ilin dekabr ayında illik müqayisədə 5.8% artaraq əvvəlki aylara nəzərən artım tempi zəifləyib.
Həmçinin Amerikadan "Conference Board" İstehlakçı Güvən İndeksi, fevral ayında da geriləməyə davam edərkən, istehlakçıların 12-aylıq inflyasiya gözləntiləri 6.7%-dən 6.3%-ə qədər azalıb.
İnvestorların diqqət mərkəzində olan FED rəsmilərinin açıqlamalarına gəldikdə isə Çikaqo FED sədri Austan Qolsbi  Monetar siyasıtlı bağlı qərarlar zamanı bazar reaksiyalarına çox etibar etməyin təhlükəli və səhvsəhv olduğunu bildirib.
Nəticədə cari ticarət həftəsinin ilk günü geriləyən dollar indeksi yenidən yeksələrək 104.50 bənd həddinin üzərində qərarlaşıb. Dolların bahalaşması fonunda isə EUR/USD məzənnəsi 1.0640, GBP/USD məznnəsi isə 1.2140 hədlərində müqavimətlə qarşılaşaraq müvafiq olaraq 1.0560 və 1.2010 hədlərinə qədər geriləyib.
Bu gün Bakı vaxtı ilə saat 12:55-də Almaniyada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər, 14:10-da İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı, 17:00-da Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, həmçinin Avrozona, İngiltərə və Amerikadan gələcək Biznes Aktivliyi İndeksi göstəriciri dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
Texniki olaraq baxdıqda qızılın 4 saatlıq qrafikində formalaşmış divergensiyanın fonunda 1805$ həddindən dəstək alaraq bahalaşan qızıl 1830$-a kimi yüksəlib. Təhlillərə əsasən dollar indeksindəki yüksəliş davam edərsə, qiymətli metalın bir unisya üzrə dəyəri yenidən 1820$ və 1800$-a kimi ucuzlaşa bilər. 
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq