Dolların 1-ci rübdə bahalaşacağı, sonra ucuzlaşacağı gözlənilir

Dolların 1-ci rübdə bahalaşacağı, sonra ucuzlaşacağı gözlənilirÖtən cümə günü açıqlanmış ABŞ-da məşğulluq məlumatları (əməkhaqqı artımı yavaşlayıb) dollara təzyiqi artırıb. Marja xəbər verir ki,"Bank of America" və "BNP Paribas"ın strateqlərinin fikrincə, 2023-cü ilin 1-ci rübündə dollar avroya nisbətdə bir qədər bahalaşacaq, ilin qalan hissəsində isə ucuzlaşacaqdır.
"Biz Avro/Dolar məzənnəsinin birinci rübdə paritetə ​​düşəcəyini və sonra yenidən yüksələcəyini gözləyirik",- BofA-nın strateqi Athanasios Vamvakidis deyib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Strateqin fikrincə, tənəzzül ehtinalları və hələ də yüksək olan inflyasiya mərkəzi bankların pul siyasətini sərt saxlamağa davam etməsinə səbəb ola bilər ki, bu da investorların risk iştahını aşağı sala və ilk növbədə dolları dəstəkləyə bilər. Bununla belə, Vamvakidis ilin sonuna qədər dollara dair pessimist olduğunu qeyd edərək, ilin sonunadək avro/dolların 1.10-a yüksələcəyini proqnozlaşdırıb. (hazırda avro/dollar məzənnəsi 1.07 səviyyələrindədir).
BNP Paribas bir neçə illik eniş trendini proqnozlaşdırır
Bloomberg Dollar İndeksi ABŞ-da açıqlanan və qısamüddətli istiqraz gəlirlərini aşağı salan məşğulluq və xidmət məlumatları nəticəsində cümə və bazar ertəsi cəmi 1,64% azalıb.
Avro/dollar sonuncu dəfə noyabrda 1 səviyyəsinə yaxınlaşıb və daha sonra dolların ümumi zəifləməsi ilə bərpa olunub.
Bloomberg Dollar İndeksi sentyabrdakı rekord səviyyədən təxminən 9 faiz aşağı düşüb.
Bazar ertəsi günü 2023-cü il proqnoz hesabatını açıqlayan BNP Paribas-ın iqtisadçıları da eyni şəkildə dolların yaxın müddətdə bahalaşacağını, lakin bunun qısamüddətli olacağını və dolların bir neçə il ərzində ucuzlaşma trendinə daxil olacağını proqnozlaşdırıblar. / marja.az

Maliyyə     Tarix: 10 yanvar 2023

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq