Dövlət büdcəsinə artıqlaması ilə vergi daxil olub - 11 MİLYARD 227,5 MİLYON MANAT
2024-cü ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 227 milyon 501,6 min manat vergi daxil olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 744,2 milyon manat təşkil edib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 878,6 milyon manat və ya 12,8 faiz çox olub.
Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi isə neft-qaz sektorunun payına düşüb.
Sosial sığorta haqları üzrə daxilolmalar 10,4 faiz artıb
Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manata yaxın təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya 350 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2,5 milyard manata yaxın olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 133,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,6 faiz artaraq 100,8 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 659,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,4 faiz artaraq 468,4 milyon manat təşkil edib.



/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10