Dövlət Vergi Xidmətinin rəisi Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Dövlət Vergi Xidmətinin rəisi Dünya Bankının nümayəndə heyəti ilə görüşübİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli "Azərbaycanda vergi islahatları üzrə texniki yardım" mövzusunda icra olunan layihə çərçivəsində Dünya Bankının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Bankın dövlət sektoru üzrə aparıcı mütəxəssisi və tapşırıq qrupunun rəhbəri Raul Feliks Xunkera Varela rəhbərlik edir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüş zamanı DVX rəisi Orxan Nəzərli "Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi" çərçivəsində 2018-ci ildən qurulmuş birgə əməkdaşlığın hazırda uğurla davam etdirildiyini, layihənin vergi inzibatçılığının cari vəziyyətinin qiymətləndirilməsində səmərəli olduğunu vurğulayıb. Bildirib ki, həyata keçirilən qiymətləndirmələr vergi inzibatçılığının keyfiyyət artımı üçün istifadə ediləcək.
Dünya Bankının nümayəndə heyətinin rəhbəri Raul Feliks Xunkera Varela layihə çərçivəsində işlərin davam etdiyini bildirib. Qeyd olunub ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım proqramının ilk iki mərhələsində əvvəlcə "Tax Diamond" platformasının "Vergi inzibatçılığının funksional qiymətləndirilməsi" modulu əsasında vergi inzibatçılığının 12 fəaliyyət istiqaməti, ikinci mərhələdə isə BPR (Business Process Reengineering) platformasının "Biznes proseslərinin qiymətləndirilməsi" modulu üzrə 5 fəaliyyət istiqaməti qiymətləndirilib. Əldə edilmiş nəticələr əsas götürülərək, 2020-ci ilin may ayında yekunlaşdırılması nəzərdə tutulan layihənin müddəti qarşılıqlı razılaşma əsasında uzadılıb. Hazırda yeni bir mərhələ olaraq İKT idarəçiliyinin qiymətləndirilməsi (Core ICT Governance Assessment) layihəsinin icrasına başlanılıb.
Orxan Nəzərli diqqətə çatdırıb ki, layihənin növbəti mərhələsi DVX rəhbərliyi tərəfindən diqqətlə izlənilir və qurumun informasiya texnologiyaları sahəsinin 14 meyar üzrə qiymətləndirilməsi prosesinə xüsusi önəm verilir. Qeyd olunub ki, məlumat bazalarının idarə edilməsi, təhlükəsizlik, kommunikasiya infrastrukturu, sistemlərin inteqrasiyası, proqram mühəndisliyi təcrübələri, proseslərin idarə olunması, məlumat və informasiya mübadiləsi prosesləri ilə bağlı qiymətləndirmənin nəticələrinə əsasən, təkmilləşdirilməsi nəzərdə tutulan iş prosesləri üzrə artıq müvafiq fəaliyyət planı hazırlanıb.
Raul Feliks Xunkera Varela bildirib ki, budəfəki səfərdə əsas məqsəd İT sahəsində icra edilən layihə çərçivəsində işlərin təqdim olunması, risk menecmenti sahəsində əməkdaşlığın qurulması ilə bağlı təkliflərin verilməsi və texniki yardım layihəsinin ümumi iş planının müzakirəsindən ibarətdir.
Görüşdə maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər geniş müzakirə edilib. / marja.az

Maliyyə     Tarix: 12 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri