Dünyada bir ilk: Tələbələr binadan çıxmadan ABŞ-Kanada sərhədini "keçdilər" - FOTO/VİDEO
Dünyada bir ilk: Tələbələr binadan çıxmadan ABŞ-Kanada sərhədini "keçdilər" - FOTO/VİDEO
Kanadanın Qərb Kosmik Tədqiqat İnstitutunun tədqiqatçıları dünyada ilk beynəlxalq holoportasiya (yaxud holoqrafik teleportasiya) haqqında məlumat veriblər.
Bu barədə institutun saytında məlumat yerləşdirilib.
Holoportasiyanın mahiyyəti ondan ibarətdir ki, insanın holoqramı 3D kameralar vasitəsilə istədiyi yerə ötürülür. Orada onu VR dəbilqəli bir adam gözləyir. Həmin adam qonağın holoqramını elə görür ki, sanki onunla eyni otaqdadır. Əgər holoportasiyanın hər iki iştirakçısı dəbilqə taxsalar, o zaman onlar ətraf mühitlə qarşılıqlı əlaqə qura biləcəklər - məsələn, onlardan biri digərindən otaqdakı kreslonun ətrafında dolaşmağı xahiş edə bilər.
"Biz Alabamadan Ontarioya bir nəfər göndərdik və sonra tələbələrimizin hər biri özlərini holoqram kimi Alabamaya teleportasiya etdilər", - deyə layihə rəhbəri Dr. Adam Sirek bildirib.
Beləliklə, eksperiment iştirakçıları binadan çıxmadan ABŞ və Kanada arasındakı sərhədi "keçə biliblər". Bəzi tələbələr zarafatla deyiblər ki, artıq aviauçuşlara qənaət edə bilərlər.
2022-ci ildə NASA holoportasiya texnologiyasından istifadə edərək doktor Yosef Şmidti BKS-ə "göndərib".
Texnologiyanın inkişafı hələ 2014-cü ildə başlayıb, lakin o zaman bunun üçün çox həcmli avadanlıq tələb olunurdu - hazırda alimlərə bunun üçün ancaq kiçik kamera lazımdır.

Mənbə: Hightech.fm

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları