Dünyada NEFTİN ucuzlaşma SƏBƏBİ və Azərbaycana TƏSİRİ - ŞƏRH

Dünyada NEFTİN ucuzlaşma SƏBƏBİ və Azərbaycana TƏSİRİ - ŞƏRHHəftə ərzində dünyada neftin qiymətləri təxminən 10 dollar aşağı düşüb. Nə Rusiyanın dəniz vasitəsilə yanacaq ixracına embarqo, nə də "OPEC +"un neft çıxarılması ilə bağlı 2024-cü il üzrə kvotasının ixtisarı mümkün olub. Ekspertlərin fikrincə, neftin qiyməti 12 % ucuzlaşıb və bu tendensiya davam edəcək.
KONKRET.azxəbər verir ki, 11 dekbra kimi Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri 1 barelə görə 76 dollardan aşağı düşüb. Bu rəqəm 2021-ci ilin 21 dekabrından bəri ən minimal hədd sayılır. WTI markalı neftin yanvar fyuçersi isə 1 barelə görə $71.63-ə enib.
Neftin ucuzlaşması perspektiv qeyri-müəyyənliyi və qlobal iqtisadiyyatdakı yanacaq tələbatı fonunda gedir:
– Ümumdünya inflyasiya tarixin rekord səviyyəsindədir;
– Koronavirus məhdudiyyətlərinə görə enerji resurslarına tələbat azalıb;
Qiymət ucuzlaşmasında açar rolu oynayan bu 2 faktordan başqa, ABŞ və Avropa İttifaqının Rusiya neftinin satışı və tariflərinə müdaxiləsi də təsir gücündədir. Əslində Rusiya yanacağına qoyulan qadağalar enerji resurslarının bahalaşması anlamı verməli idi, çünki Qərb idxal bazarını daraldanda məhsulun qiyməti bahalaşmalıdır. Amma "OPEC +" ölkələri neft çıxarılmasını azatsa belə, indiki halda qiymət artımı gözlənilmir. Ən yaxşı halda 2024-də 1 barelin dəyəri 80 dollara yüksələ bilər. Lakin bunu da rədd edən faktlar mövcuddur:
– Rusiya minimal qiymətlərlə neft eksportu barədə düşünür;
– Alıcı cəlb etməyə hesablanan endirimlər Rusiya iqtisadiyyatına ağır zərbə ola bilər;
Bəs Azərbaycana təsiri?
2023-cü il büdcəsində neftin qiyməti 50 dollar götürülüb. Hazırda isə neft bu rəqəmdən baha satılır. Neftin qısamüddətli ucuzlaşması ciddi təhlükə yaratmır. Lakin neftin qiyməti büdcədə nəzərdə tutulandan aşağı ($50) düşsə və bu eniş uzunmüddətli olsa, mənfi təsirlər qaçılmazdır.
Natiq Səlim,
KONKRET.az

Xəbərlər     Tarix: 12 dekabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler 1000 manatla biznes avtomobil xeberleri depozit faizleri biznes krediti