Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ + FOTO

Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ + FOTO
"Best Model of the World-2019", "Best Model of Azerbaijan-2019" və "Mister Grand Azerbaijan-2018" model müsabiqələrinin qalibi Nuru Əhmədov uzun zamandan sonra yenidən medianın suallarını cavablandırıb.
Bizim.Media-nın N.Əhmədovla müsahibəsini təqdim edirik:
- "Avroviziya" təmsilçimiz müğənni Samirə Əfəndi ilə reklama çəkildin. Bildiyim qədəri ilə, Türkiyədə də bir sıra məhsulların reklam üzünü bəzəmisən.
- Azərbaycanda çəkildiyim sözügedən reklam uğurlu olduğu kimi, Türkiyədə də çəkildiyim bir sıra markaların reklamı mənə müvəffəqiyyət gətirdi. Belə ki, yuyucu vasitələrin reklamına çəkildim. Həmin reklam çarxına çəkilmək üçün 20 min insanın qatıldığı kastinqdə iştirak etdim.
Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: O insanların içindən 500 nəfər seçildi. Sonra 10 nəfəri çağırdılar. On nəfərdən iki nəfər qaldıq. Mənim saçım qısa, digər modelin isə saçı uzun idi. Saçını kəsdirməyə razılaşmadı. Saçımın qısa olmasına görə, həmin reklama məni seçdilər. 
Daha sonra başqa yuyucu vasitənin kastinqindən keçdim. Orada yardımçı rolda oynayırdım. Heç bilmirdim ki, baş rolda Kıvanç Tatlıtuğla çəkiləcəyəm. Orada verilən rolların öhdəsindən gəldim. 
- Kıvanç Tatlıtuğ da karyerasına modelliklə başlayıb, sonra isə aktyor kimi fəaliyyətinə davam edib. Ondan sənə dəstək, kömək gəldi?
- Kivanç Tatlıtuğla reklam çəkilişi zamanı yaxından tanış oldum. Mənə onların komandası ilə işləməyi təklif etdi. Məni öz meneceri Gaye Sökmenlə tanış etdi. İstanbula növbəti gəlişimdə onlar məni öz ofislərinə dəvət etdilər.
Şərtləri və müqavilələri başa saldılar. Onlarla beş illik müqavilə bağladım. O zamanlar diksiyam yaxşı deyildi və mənə yenidən diksiya dərslərinə yazılmağı məsləhət gördülər. Baxmayaraq ki, artıq altı ay diksiya dərslərinə getmişdim. Yenə üç ay həmin dərslərə qatıldım. Diksiya dərslərindən sonra beş aylıq aktyorluq dərslərinə getdim. Kameranın önünə çıxmaq üçün mükəmməl hazırlaşmalısan.
Dərslər yekunlaşdı. Hazırda bir sıra film və serial şirkətlərindən təklif alıram. Türkiyədə menecerim var. Şirkətlər menecerimə monoloqlar göndərirlər. Onları oynayıb çəkib göndərirəm.
Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: - Türkiyədə aktyorlar arasında rəqabət çox böyükdür. Yəqin ki, bunun fərqindəsən…
- Rəqiblərim çoxdur. Baş rolu demirəm, epizodik rol almaq üçün 400-500 namizəd arasından seçim aparılır. Sənin də üstünlüklərin kifayət qədər çox olmalıdır.
- Bu qədər işin içindən şəxsi həyata zaman ayıra bilirsən? Ümumiyyətlə, ailə qurmaq haqda düşünürsən?
- Hazırda ailə qurmaq haqda düşünmürəm. Çünki sırf karyeramı qurmağı düşünürəm. Evlənməyin də geci-tezi var. Evlilik əzrail kimi bir şeydir, harada tutdu, aparacaq. İndi yox desəm də, sabah və ya biri gün evlənə bilərəm. İndiki vəziyyətə görə şəxsi həyatımda heç kim yoxdur. Amma qəlbimdə sevgi var.
- Boşanmış və övladı olan qadınla ailə qurarsan?
- Bizdə cəmiyyət boşanmış qadına birmənalı baxmır. Yaxınımızda, ailəmizdə də boşanmış qadın ola bilər. Bu o demək deyil ki, boşanmış qadın tərbiyəsizdir. Qismət və taledir. Elə bir qadına "yox" da, "hə" də deyə bilərəm. Amma həmin nöqtəyə çatanda fərqli bir qərar verə bilərəm. Bunu zamana buraxıram.
- Arxiv şəkillərinə yenidən baxanda, ağlına nə gəlir?
- Əlifba gözümün önünə gəlir. A-dan Z-yə yox, məndə tərsinə - Z-dən A-ya (gülür). Çox dəyişilmişəm. Hərbi xidmətdən əvvəl çox kök olmuşam. 2007-2008-ci illərdə haradasa 110 kilo idim. Hazırda 188 boyum var, çəkim 84 kiloqramdır. Hərbi xidmətdən sonra çox arıqladım.
Arıqlamaq üçün taekvondoya yazıldım. Arıqlamağım böyük problemdir. Bu gün də qram-qram qidalanıram. Hər gün idmana gedirəm. Gündə bir saatdan çox gəzirəm. Rol gələndə gözləmir ki, Nuru arıqlayacaq. Hər an hazırlıqlı olmalısan. 
Bir söz var, doğru yerdə doğru zamanda olmalısan. Hazır vəziyyətdə olmalısan. İş gəldisə, onu əlinə almalısan. Elə rol gələ bilər ki, həmin rola görə 20 kiloqram belə arıqlamalısan. Əgər sənətini həqiqətən də sevirsənsə, bunu etməlisən.
Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: - Açıq-saçıq səhnələrə çəkilərsən?
- Bu rola "hə" deməzdən əvvəl menecer qərar verir. Çünki təkliflər gəlir, menecer səninlə söhbət edir, psixologiyanı yoxlayır ki, bu obraza hazırlıqlısan, yoxsa yox? Sonra piar məsələlərinə də baxılır. Yəni bu obraza çəkilsəm, karyerama xələl gələrmi, yoxsa yox? Bu kimi məsələlər nəzərdən keçirilir, sonra qərar verilir.
Yəni bu məsələdə söz sahibi tək mən deyiləm. Açıq-saçıq səhnələrə çəkilmək barədə hələ düşünməmişəm. Düşünürəm ki, çəkilsəm heç bir problem olmaz.
- Aldığın ən aşağı və ən yüksək qonorar?
- Modelliyə yeni addımlar atanda 50 manat qazanmışdım. Ən son aldığım qonorar isə 15 min manat olub. Reklam çəkilişlərindən almışdım.

Xəbərlər     Tarix: 09 avqust 2022

Oxşar xəbərlər

Qazaxıstanın qızıl ehtiyyatları artıb

Qazaxıstanın qızıl ehtiyatları artıb. xəbər verir ki, artım təxminən 98 ton təşkil edib. Qazaxıstanın sənaye və tikinti nazirinin müavini İran Şarhan ölkə üzrə 103 növ faydalı qazıntı və təxminən 10 min yatağın dövlət uçot

"Qlobal neft tələbi daha çox artacaq"

Goldman Sachs Group Inc., qlobal neft tələbinin gözləniləndən daha uzun müddət artacağını bildirərək proqnozlarını yeniləyib. xəbər verir ki, analitiklər Yulia Grigsby və Daan Struyven, tələbin 2024-cü ildəki 103,5 milyo

ABŞ-də hökumət böhranı sona çatır-Müvəqqəti büdcə təsdiqləndi

ABŞ Senatı oktyabrın 1-də bağlanmış federal hökumətin yenidən açılmasını nəzərdə tutan müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib. xəbər verir ki, ABŞ-də hökumətin yanvarın sonuna qədər maliyyələşdirilməsini nəzərdə tuta

Vahid büdcə təsnifatı ilə bağlı qərar yenilənib

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. xəbər verir ki, Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Qərara görə, balıqçılıq v

Bakı Metropoliteni yarım milyonluq məsləhət alacaq

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti "Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – Mühəndislik Layihəsi üzrə məsləhət xidmətlərinin satın alınması" ilə bağlı müqavilə imzalayıb. xəbər verir ki, layihəni

Texnologiya şirkətləri süni intellekt xərcləri ilə bağlı narahatdırlar

İnvestorlar ABŞ-ın böyük texnologiya şirkətlərinin istiqrazlarını satmağa başlayıb. Bu, Silikon Vadisində süni intellekt (AI) xərclərinin sürətlə artmasının maliyyə bazarlarında narahatlıq yaratdığını göstərir. xəbər veri

Gümüş bahalaşdı

Gümüşün qiymətində yüksəlmə müşahidə edilir. xəbər verir ki, ticarət platformasının məlumatlarına görə, Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) gümüş fyuçerslərinin qiyməti bütün zamanların ən yüksək həddin

Türkiyədən Suriyaya illər sonra fasiləsiz qaz ixracı reallaşdırılıb

Türkiyədən Suriyaya illər sonra kəsintisiz qaz ixracı reallaşdırılıb. xəbər verir ki, Suriyaya gündəlik 3,5 milyon kubmetr qaz ixrac edilir. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərə

Minimum əmək haqqının gəlir vergisindən azad edilməsi təklif edilib

"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də minimum əmək haqqının gəlir vergisindən azad edilməsi ilə bağlı idi. "Vergi Məcəlləsinə" təkli


iqtisadi xeberler dollar məzənnəsi valyuta xeberleri birbank kicik biznes