Dünyanın ən zəngin ailələri AÇIQLANDI - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ailəsi dünyanın ən varlıları arasında birinci yerdədir.
KONKRET.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu təşkil edir.
"Bloomberg"in məlumatına görə, Əl Nəhyanın sərvəti təxminən 300 milyard dollar qiymətləndirilir. Əbu-Dabi ailəsi 27 mindən çox işçisi olan "Royal Group"un sahibidir. Həmçinin ailə İngiltərənin "Mançester Siti" futbol klubunda, İlon Maskın "SpaceX" şirkətində və Rihannanın "Savage x Fenty" moda evində pay sahibidir.
Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən "Volmart" ("Walmart") mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb.
İlk beşliyə şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), "Koch Industries" sənayesini idarə edən Koç ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) daxil olub.
İqbal Rzayev,
KONKRET.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Elon Musk kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dropshipping nədir?
Necə Bitcoin almaq olar?