Dünyanın nüfuzlu məktəblər şəbəkəsi Azərbaycanda

Dünyanın nüfuzlu məktəblər şəbəkəsi Azərbaycandaİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "PAŞA Holding" Şirkətlər Qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi "Holberton School"la əməkdaşlığı elan edir.
Bu barədə Marja.az-a Agentlikdən bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, əməkdaşlığa əsasən, kompüter elmləri və proqram təminatı mühəndisliyi üzrə ixtisaslaşmış Holberton Azərbaycanda yeni tədris proqramına start verir.
Qeyd edək ki, Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.
Proqramdan İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs yararlana biləcək. Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçiriləcək ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradacaq.
Seçim prosesi onlayn formada baş tutacaq. Belə ki, müvafiq veb-saytdan qeydiyyatdan keçərək müraciət edən şəxsə 3 addımdan ibarət tapşırıqlar veriləcək. Sonuncu addımda namizədlər Holberton nümayəndələri tərəfindən müsahibəyə cəlb olunacaq. Bu mərhələlərdə namizədin məntiqi və analitik düşüncə qabiliyyəti ölçüləcək və onlardan kompüter elmləri, proqramlaşdırma bilikləri tələb olunmayacaq. Eyni zamanda seçim prosesi ingilis dilində baş tutacaq ki, burada da namizədin dil biliyinin olması zəruridir.
Bu mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək və tam təqaüdlü təhsil imkanı qazanacaq. Proqram müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edəcək.
Tələbələr ilk 9 ayda kompüter elmləri üzrə təməl bacarıqları mənimsədikdən sonra kiçik proqram təminatı mühəndisi kimi işləyə və ya proqramın təqdim etdiyi altı ixtisasdan birinə (maşın öyrənməsi[IV1] [PR2] , artırılmış və virtual reallıq, "Low level and Algorithms", "Full stack", "Front-end" və "Back-end" proqramlaşdırma) müraciət edə bilərlər.
Müraciət üçün keçid edin: www.holbertonschool.com/apply
Proqramla bağlı ətraflı məlumatı holbertonschool.com saytı vasitəsilə əldə edə bilərsiniz.
Müraciət üçün son qeydiyyat tarixi sentyabrın 28-dir.
Qeyd edək ki, dərslərə 2023-cü ilin oktyabr ayından start veriləcək.

Maraqlı     Tarix: 29 avqust 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank