"Dyson" havanı təmizləyən simsiz qulaqlıqlar təqdim edib – Qiyməti $949
Məişət texnikası istehsalçısı "Dyson" şirkəti səs-küyü aradan qaldıran funksiyaya malik olan, həmçinin hava təmizləyən maskalı "Dyson Zone" qulaqlıqlarını təqdim edib. Məlumata görə, aksesuar 2022-ci ilin sonunda Çində satışa çıxarılacaq və 2023-cü ilin yazında ABŞ, Böyük Britaniya, Honkonq və Sinqapur bazarlarında da əlçatan olacaq. Qeyd edək ki, ABŞ-da bu qeyri-adı qulaqlıqların qiyməti 949 dollar təşkil edəcək.
Banker.az bu barədə "VC.ru"ya istinadən xəbər verir.
"Dyson Zone" qulaqlıqları 2600 mAh tutumlu liti-ion akkumulyator, Bluetooth 5.0, 11 daxili mikrofon və xaricdəki havanı təmizləyən filtrli maska ilə təchiz olunub. Bildirilir ki, filtrli hissə qulaqlıqlara maqnit vasitəsilə birləşir.
Filtrsiz qulaqlıqların çəkisi 595 qram, filtrli isə 670 qram təşkil edir. Bu, digər analoji cihazlarla müqayisədə nəzərəçarpacaq qədər çoxdur.
"The Verge" yazır ki, "Dyson Zone" şirkətin ən populyar məhsulları sayılan fen (500 dollar) və hava təmizləyicisindən (569 dollar) bahadır.
Cihazın prototipi 2022-ci ilin martında təqdim olunub. Onda satışların payızda başlayacağı bildirilib.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Elon Musk kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dropshipping nədir?
Necə Bitcoin almaq olar?