Effektiv ünsiyyət metodları. Qalib kimi danışın

Effektiv ünsiyyət metodları. Qalib kimi danışınEffektiv ünsiyyət bacarıqları uğurlu insanların əsas xüsusiyyətlərindən biridir. Ünsiyyət qurmağı bacarmayanlar dostlarından, müştərilərindən və işçilərindən məhrum olurlar. Baxmayaraq ki, ünsiyyət həyatımızı formlaşdıran əsas bacarıqlardan biridir, insanların əksəriyyəti bunu bacarmır.
Stiv Nakomotonun  "Qalib kimi danışın. Gündəlik ünsiyyət üçün 21 sadə qayda" (Talk like a Winner) kitabı vasitəsilə oxucular gündəlik ünsiyyət zamanı müvəffəqiyyəti artırmağın 21 addımı barəsində öyrənəcəklər. www.readit.az bu kitabın məzmunu Azərbaycan və türk dillərində oxucularına təqdim edir. Digər məzmunlar kimi bu məzmun da "Oxu və tədbiq et" prinsipi ilə hazırlanıb. Bu məzmun sizdə ünsiyyət zamanı özgüvən yaratmaqda, həm biznes, hım də romantik münasibətlərin qurulmasında yardımçı olacaq.  Məzmundan bir hissəni sizinlə paylaşırıq.
Yeri gəlmişkən, hal-hazırda www.readit.az saytında 100-ə yaxın kitabın məzmunu yerləşdirib, siz bu məzmunları tək-tək 1 AZN-ə və ya abunə olaraq onlayn oxuya bilərsiniz. Çap şəklində kitab oxumağa üstünlük verənlər üçün isə sayt "Daha ağıllı ol!" kitabını təklif edir. Əgər sayta 6 aylıq abunə əldə etsəniz, abunə müddətində həm kitabxanaya girişiniz olacaq, həm də çap şəklində olan Daha ağıllı ol!" kitabını hədiyyə almış olacaqsınız.
Abunə paketləri =>
"Qalib kimi danışın. Gündəlik ünsiyyət üçün 21 sadə qayda" məzmunundan parça:
17. Uyğunlaşma: Ümumi bir fikir axtarın.
Bacarıqlı kommunikatorlar başqalarının söhbətlərinə uyğunlaşmaq üçün öz fikirlərini dəyişdirirlər. Beləliklə də, ziddiyyətli fikir, söz və yaxud ifadələrin səbəb olduğu emosional aşınmalar azaldılır. Bu isə vacib şəxsi və peşəkar münasibətlərin pozulmasının qarşısını alır.
Digər insanlarla ünsiyyət zamanı dörd əsas kateqoriya özünü göstərir: Bunlardan birincisi, "tamamilə eynilik" adlanır. Bu hal hər iki tərəf bir-birini tamamilə başa düşdükdə yaranır. İkinci kateqoriya isə "tamamilə fərq" adlanır və iki tərəf arasında heç bir razılaşma olmadıqda özünü göstərir. Digər iki kateqoriya isə "istisnalarla eynilik" və "istisnalarla fərq" adlanır. Bu iki kateqoriya arasındakı münasibət bu cürdür: "istisnalarla eynilik" vəziyyətində fərdlər əvvəlcə tamamilə eyni fikirdə olur, daha sonra isə müəyyən fərqliliklərə rast gəlirlər. "İstisnalarla fərq"də isə fərdlər başlanğıcda tamamilə əks fikirlərdən çıxış etsələr də, daha sonra mövqeləri arasında ümumi fikirlər tapırlar.
Şəxsi və peşəkar əlaqələrinizi yaxşılaşdırmaq üçün digər insanlar ilə davamlı münasibətlər qurmağınız vacibdir. Aşağıdakı fikirlər razı olmadığınız məsələlərdə belə, digər insanlarla uyğunlaşmağa kömək edəcək:
- Qəbul edə biləcəyiniz tərəfləri axtarın.
- Bəyəndiyiniz və zövq aldığınız məsələləri qeyd edin.
- Qarşınızdakı şəxsdə sizi heyran edən şeyləri söyləyin.
- Həmin şəxsin mövqeyinə hörmət etdiyinizi göstərən bir şey edin və yaxud söyləyin.
- Onlara necə hiss etdiklərini başa düşdüyünüzü deyin.
- Özünüzü daha yüksək mənəvi səviyyə ilə əlaqələndirin.
- "Ancaq" sözünü az-az istifadə edin.
Marketinq, menecment, satış, biznes, tarix, valideynlər üçün kitablar və digər kateqoriyalara aid olan məzmunlarla tanış olmaq üçün onlayn kitabxanaya daxil ola bilərsiniz => Kitabxana /marja.az

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

Süni intellekt bumu: bu texnologiya ABŞ iqtisadiyyatını necə yenidən formalaşdırır?

Süni intellekt ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Onun təsiri iri investisiya qərarlarından tutmuş iPhone kimi gündəlik istifadə olunan cihazların qiymətlərinə qədər demək olar ki, hə

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib


iqtisadi xeberler depozit faizleri rubl mezenne telefonla pul qazanmaq bitkoin