Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz

Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz"Bank of Baku" müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirməyi planlayır.
8 sentyabr tarixində Bakı Fond Birjasında "Bank of Baku"nun manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə "Açılış Zəngi" tədbiri keçirilib. Bu istiqraz emissiyası ilə Bank həm fiziki şəxslər, həm də peşəkar investorlar üçün sərfəli və etibarlı investisiya imkanı yaratmış olur.
Bank hər birinin nominal dəyəri 100 manat olan 400.000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazı qeydiyyatdan keçirib.
Tədbiri çıxış sözü ilə açan Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov maliyyə bazarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb.
"Bank of Baku"nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, "Bank of Baku" bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. "Bank of Baku uzunmüddətli fəaliyyəti dövründə müştərilərinə daima fərqli məhsullar, maliyyə həlləri təklif edib. İnanıram ki, bankımızın növbəti məhsulu – istiqrazları da müştərilər və investorların böyük marağına səbəb olacaq".
"ABB-Invest İnvestisiya Şirkəti" QSC-nin icraçı direktoru Nadir Babazadə qeyd edib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini "ABB Mobile" tətbiqi üzərindən yerləşdirə bilərlər.
Tədbirin sonunda "Bank of Baku", Bakı Fond Birjası və "ABB-Invest İnvestisiya Şirkəti"nin iştirakı ilə istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə rəsmi olaraq start verilib.
Qeyd edək ki, təqdim olunan istiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi isə ilk 20 milyon manatlıq tranş üzrə 13% təşkil edir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcəkdir. İstiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcək.
Bank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqrazBank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqrazBank of Baku-dan kapital bazarında yeni addım – 40 milyon manatlıq istiqraz/ banker.az

Banklar     Tarix: 08 sentyabr 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq