Əhali vəbiznesin banklarda 35 milyard manata yaxın pulu var

Əhali vəbiznesin banklarda 35 milyard manata yaxın pulu var31 May 2024-cü il tarixində olan məlumata görə, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 81.4%-i və ya 34 milyard 835.2 milyon manatı depozitlərdir.
Bu barədə Marja.az Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir.
Əhali vəbiznesin banklarda 35 milyard manata yaxın pulu varDepozit portfelinin 61.5%-i (21 milyard 435.7 milyon manat) hüquqi şəxslərin, 38.5%-i (13 milyard 399.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanət portfelinin 56.9%-i (7 milyard 625.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.8%-i (8 milyard 684.6 milyon manat) milli valyutada, 35.2%-i (4 milyard 714.9 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 301.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.1%-ni təşkil etmişdir .
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.3 faiz bəndi azalaraq 34.7% təşkil etmişdir.
Ötən ili 31 May tarixində bankların cəmi öhdəliklərininin 82%-i və ya 32 milyard 678.7 milyon manatı depozitlər idi. Depozit portfelinin 62.8%-i (20 milyard 535.7 milyon manat) hüquqi şəxslərin, 37.2%-i (12 milyard 143 milyon  manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət idi. 
Bankların əmanət portfelinin 53.2%-i (6 milyard 454 milyon manat) müddətli əmanətlərdən ibarət olmuşdu. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 492.2 milyon  manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2%-ni təşkil etmişdi.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2023-cü ilin may ayında ilin əvvəlinə nəzərən 1.2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.2 faiz bəndi azalaraq 38% təşkil etmişdi.

Banklar     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti