Əhalinin böyük məbləğdə əmanət yatırdığı "AccessBank"ın vəziyyəti məlum oldu

Əhalinin böyük məbləğdə əmanət yatırdığı 100% xarici sərmayəli bank olan "AccessBank" QSC 2022-ci ilin 9 ayını (yanvar – sentyabr) 5 milyon 269 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 917 min manat xalis zərər ilə bağlamışdı. Cari ilin xalis mənfəəti gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Marja.az xəbər verir ki, "AccessBank"ın faiz gəlirləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 27 milyon 542 min manat və ya 37,9 % artaraq 100 milyon 264 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 86 min manat və ya 14,6 % artaraq 8 milyon 541 min manat təşkil edib. 
"AccessBank"ın faiz xərcləri 2022-ci ilin 9 ayında 2021-ci ilin 9 ayı ilə müqayisədə 6 milyon 738 min manat və ya 19,6% artaraq 41 milyon 107 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 694 min manat və ya 14,6% artaraq 52 milyon 671 min manat təşkil edib. 
Beləliklə, 2022-ci ilin 9 ayında "AccessBank"ın əməliyyat gəlirlərinin 28 milyon 628 min manat artmasına qarşılıq əməliyyat xərcləri 13 milyon 432 min manat artıb. Yəni, gəlirlərdəki artımın 47%-ni xərclərdəki artım silib. Nəticədə, Bankın əməliyyat mənfəətində 15 milyon 196 min manat artım baş verib. 
2022-ci ilin 9 ayında "AccessBank"ın cəmi əməliyyat gəlirləri 108 milyon 805 min manat, cəmi əməliyyat xərcləri 93 milyon 778 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 27 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 9 milyon 758 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "AccessBank"ın cəmi əməliyyat gəlirləri 80 milyon 177 min manat, cəmi əməliyyat xərcləri 80 milyon 346 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 169 min manat təşkil etmişdi. Bank  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 748  min manat ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
"AccessBank"ın kredit portfeli (müştərilərdəki cəmi kreditlər) 2022-ci ilin 9 ayında 2021-ci ilin sonu ilə müqayisədə 132 milyon 948 min manat və ya 21% artaraq 30 Sentyabr 2022-ci il tarixində 765 milyon 424 min manat təşkil edib. O cümlədən, istehlak kreditləri portfeli 60 milyon 896 min manat artaraq 147 milyon 117 min manata, biznes kreditləri portfeli 73 milyon 505 min manat artaraq 612 milyon 874 min manata çatıb, ipoteka kreditləri portfeli isə 1 milyon 453 min manat azalaraq 5 milyon 433 min manata düşüb.
BANK DAHA DA BÖYÜYÜB
30 Sentyabr 2022-ci il tarixində "AccessBank"QSC 1 milyard 52 milyon 83 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 932 milyon 150 min manat cəmi aktivlərə malik idi (cəmi aktivləri 119 milyon 933 min manat və ya 12,9% artıb).
DEPOZİTLƏR 800 MİLYON MANATI AŞIB
Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "AccesBank"ın depozit portfeli 112 milyon 354 min manat və ya 16,3% artaraq 802 milyon 182 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 117 milyon 74 min manat artaraq 675 milyon 47 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 4 milyon 720 min manat azalaraq 127 milyon 135 min manata düşüb.
30 Sentyabr 2022-ci il tarixində "AccessBank" 87 milyon 851 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-ci il tarixində 79 milyon 666 min manat idi).
Əhalinin böyük məbləğdə əmanət yatırdığı Əhalinin böyük məbləğdə əmanət yatırdığı Əhalinin böyük məbləğdə əmanət yatırdığı Əhalinin böyük məbləğdə əmanət yatırdığı

Banklar     Tarix: 27 oktyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler leobank kart dollar manat kursu kicik biznes valyuta mezennesi