"Emal avadanlıqları vergidən azad edilməlidir"
Azərbaycanda emal avadanlıqlarının satışına güzəşt edilməsi nəzərdən keçirilməlidir.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov Bakıda keçirilən "Agro Business Forum Azerbaijan–2023" tədbirində bildirib.
"Azərbaycanda emal sənayesinin böyük perspektivləri var. Emal avadanlıqlarının satışına güzəşt edilməsi ilə bağlı düşünmək lazımdır. Çünki meyvə istehsalının həcmi artdıqca onun emalı məsələsini daha çox nəzərdən keçirmək lazımdır. Məsələn, 1 hektar sahədən təqribən 800 yeşik normal alma yığılır. Bunun isə təxminən 300 yeşiklik hissəsi satışa az yararlı olur. Yəni, fermer həmin məhsulu satışa çıxarmaq istəmir. Bu halda ən yaxşı yol məhsulu emal üçün təqdim etməkdir. Bu gün quru meyvə istehsalçıları hansısa vergilərdən azaddırmı? Bunu da düşünmək lazımdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və digər qurumlarla birgə son dövrlərdə ciddi müzakirələr olub. Biz vergidən azad edilmiş kənd təsərrüfatı texnikalarının ayrıca siyahısını təsdiqləmişik. Amma emal avadanlıqları bu siyahıda mövcud deyil. Düşünürəm ki, bu işi təkmilləşdirmək lazımdır", - deyə o qeyd edib.
© "Report" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları