Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilibBiznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, iclas zamanı Dünya Bankı Qrupunun "Business Ready" layihəsi çərçivəsində "Bazar rəqabəti" indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələr və kommunikasiya tədbirlərinə dair 2026-cı il üçün təsdiqlənmiş Yol Xəritəsinin I yarımil üzrə hesabatı, habelə cari dövr ərzində görülmüş işlər müzakirə olunub.
İclasda Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev çıxış ediblər.
Çıxışlar zamanı müvafiq Yol Xəritəsində cari ilin II yarımilində qarşıda duran əsas hədəflər və görüləcək tədbirlər barədə məlumat verilib. Həmçinin prioritet istiqamətlər üzrə institusional əməkdaşlığın gücləndirilməsi və effektiv kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin cari ildə işçi qrupun fəaliyyəti çərçivəsində görülən işlərlə bağlı hesabat xarakterli təqdimat nümayiş etdirilib, Rəqabət Məcəlləsinin biznes mühitinin səmərələliliyinin artırılmasında rolu vurğulanıb, rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar, eləcə də"Business Ready" layihəsinin "Bazar rəqabəti" indikatoruna dair icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Bundan əlavə, sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakını təşviq edən qanunvericilik müddəaları, o cümlədən satınalmaların rəqəmsallaşdırılmasının effektivliyindən bəhs olunub.
Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb.

Biznes     Tarix: 24 avqust 2026

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə daha 10 istiqamətdə daxili bazar araşdırmalarının aparılması nəzərdə tutulur. KOBİA-dan -a bildirilib ki, məqsəd sahibkarların investisiya qərarlarının qəbulun

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c


iqtisadi xeberler biznes xeberleri valyuta xeberleri en son xeberler bu gunun xeberleri