Ermənilər Laçını belə tərk edir - VİDEO
İşğal edib illərdir onlara aid olmayan torpaqda məskunlaşan ermənilər indi bu əraziləri məcburi qaydada tərk edirlər.
Azərbaycan torpaqlarında illərdir öz heyvanlarını otaran ermənilər qoyun sürülərini də toplayıb ərazini tərk etməyə tələsirlər. Özü də məcburi çıxarma prosesi Rusiya sülhməramlı kontingentinin nəzarəti altında keçirilir.
Üçtərəfli bəyanata əsasən Laçın şəhəri ilə yanaşı koridorun üzərində yerləşərək ermənilər üçün böyük önəm daşıyan Zabux kəndi də Azərbaycana təhvil verilir.
Dünyanın müxtəlif ölkələrindən gətirilərək qanunsuz olaraq yerləşdirilən ermənilər üçün tikilən evlərin hamısının zahirən oxşarlığı diqqət çəkir. Bu isə heç kimə sirr deyil ki, bu evlər erməni diasporunun çirkli pullarının hesabına inşa olunub. Ancaq önəmli məqam budur ki, Azərbaycanı zorakılıqda ittiham edən Ermənistan siyasi rəhbərliyindən fərqli olaraq Zabuxda yaşayan ermənilər bütün günahı elə separatçılarda görür.
Ərazidə qanunsuz məskunlaşan 200-ə yaxın erməni bu ərazilərin onlara aid olmadığının fərqindədirlər və istəkləri ancaq onlara kompensasiya verilməsi, İrəvana gedəndə küçəyə atılmaqdan xilas olmaqdır.
90-cı illərdə əhalisinin hamısı Azərbaycanlılardan ibarət olan Zabux kəndi nəhayət 30 ildən sonra öz gerçək sahiblərini salamlayacaq.
Onu da qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə uyğun olaraq Laçın koridoruna alternativ yolun çəkilişini Azərbaycan artıq başa çatdırıb və buna görə də ermənilər 5 km enində olan koridor ərazisindəki bütün Azərbaycan torpaqlarını tərk etməyə məcburdurlar.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları