Ermənistanda 19 hərbçi qeyri-döyüş şəraitində ölüb

Ermənistanda 19 hərbçi qeyri-döyüş şəraitində ölübCari ilin yanvar-avqust ayları ərzində Ermənistan ordusunun 19 hərbçisi qeyri-döyüş şəraitində ölüb.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundakı mənbə bildirib.
Qeyd edilir ki, onlardan 10-u hərbi xidmət zamanı, qalanları isə naməlum şəraitdə ölüb. Məlumata görə, yanvarda Ermənistan ordusunun 4, fevralda 3 hərbçisi naməlum şəraitdə ölüb.
Martın 17-də 19 yaşlı çağırışçı Eduard Rüstəmyan naməlum şəraitdə ölüb. Həmin gün daha bir hərbi çağırışçı Albert Siroyan da qeyri-müəyyən şəraitdə dünyasını dəyişib.
Apreldə 3 erməni hərbçinin ölümü qeydə alınıb. Aprelin 28-də Ermənistan ordusunun əsgəri hərbçi yoldaşı tərəfindən güllələnərək qətlə yetirilib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 2002-ci il təvəllüdlü Samvel Sanoyan hərbçi yoldaşı tərəfindən güllələnib.
İyulun 17-də 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan iyulun 26-da ölüb. Ermənistanın Müdafiə Nazirliyi əsgərin ağır yanıq xəsarətləri alması barədə məlumatı gizlədərək, bunu ancaq iyulun 26-da açıqlayıb.
Təkcə avqustun 4-dən 7-dək üç erməni hərbçi qeyri-döyüş şəraitində ölüb. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan naməlum şəraitdə ölüb.
Avqustun 7-də N saylı hərbi hissənin hərbi qulluqçusu Arşaluys Ovannisyan naməlum şəraitdə ölüb. Onun ölüm səbəbi açıqlanmayıb.
Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın araşdırması zamanı onun hərbi qulluqçu olduğu üzə çıxıb.
"4rd.am" saytı isə cari ilin 8 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 19 yox, 28 hərbçisinin qeyri-döyüş şəratində öldüyünü xəbər verib. Qeyd edilir ki, 16 hərbçi xidmət zamanı, 12 hərbi qulluqçu isə naməlum şəraitdə dünyasını dəyişib.//Report

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler dollar mezenne bitcoin dollar manat kursu iqtisadiyyat xeberleri