"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

"Məmnunluqla qeyd etmək istəyirəm ki, son illərdə Azərbaycanın sığorta bazarı mühüm inkişaf yolu keçib. Bu gün qürurla deyə bilərik ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bu inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflərə, Azərbaycan Respublikası Mərkəzi Bankının həyata keçirdiyi islahatlara və bazar iştirakçılarının birgə səylərinə əsaslanır".
Marja xəbər verir ki, bunu 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumunda Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova bildirirb.
O qeyd edib ki, bütün bu nailiyyətlər sevindirici olsa da, qarşıda bizi daha böyük imkanlar gözləyir. Azərbaycanda sığorta penetrasiyasının (nüfuz etməsinin - red) artırılması üçün geniş potensial mövcuddur və məqsədimiz bu potensialı tam reallaşdırmaqdır.
"Lakin bizim üçün əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutması, cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha böyük töhfə verməsidir.
Bu gün dəyişən dünyada risklər artır, gözləntilər yenilənir və sığortanın rolu əvvəlkindən daha da önəmli olur. Sığorta artıq yalnız zərərin ödənilməsi mexanizmi deyil. O, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlılığının qorunmasına, bizneslərin isə gözlənilməz risklər qarşısında daha davamlı olmasına xidmət edir".
Ülviyyə Cabbarova qeyd edib ki, qlobal sığorta bazarında da əsas müzakirə mövzuları dəyişən risklər və bu risklərə uyğun yeni həllər ətrafında formalaşır. Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması sığorta sektorunun qarşısında yeni vəzifələr yaradır. Bu çağırışlar bizdən daha çevik olmağı, innovativ məhsullar yaratmağı və müştərilərin dəyişən ehtiyaclarına daha sürətli uyğunlaşmağı tələb edir.
"Bu məqsədlə "2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı" çərçivəsində sığorta sektorunun inkişafı üçün sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması qarşıdakı dövr üçün əsas prioritetlər kimi müəyyən olunub.
Hesab edirəm ki, bu sənəd sadəcə dövlət proqramı deyil, həm də sığorta bazarının gələcək inkişafı üçün mühüm bir yol xəritəsidir.
Xüsusilə vurğulamaq istəyirəm ki, bu hədəflərə çatmaq yalnız dövlət qurumlarının deyil, bütün bazar iştirakçılarının birgə məsuliyyətidir. Əminəm ki, əməkdaşlıq və birgə fəaliyyətin köməkliyi ilə biz sığorta sektorunun inkişafını daha da sürətləndirəcəyik.
Azərbaycan Beynəlxalq Sığorta Forumu da məhz bu məqsədə xidmət edir. Bugünkü sürətlə dəyişən dünyada heç bir bazar təkbaşına inkişaf etmir. Beynəlxalq təcrübənin öyrənilməsi, yeni yanaşmalarla tanışlıq və peşəkar fikir mübadiləsi sektorun gələcək inkişafı üçün vacib amillərdəndir. İnanıram ki, növbəti iki gün ərzində aparılacaq müzakirələr, ekspertlərin bölüşəcəyi bilik və təcrübə hər birimiz üçün yeni imkanlar yaradacaq və sığorta sektorunun inkişafına öz töhfəsini verəcək". / marja.az

Banklar     Tarix: 25 iyun 2026

Oxşar xəbərlər

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, bu barədə bankın Müşahidə Şurasının sədri tərəfindən səhmdarlara ünvanlanan 18 iyun 2026-cı il tarixl

Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. bunu AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın açıqlanmas

Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI

24 iyun 2026-cı il tarixində Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş hallar ilə bağlı açıqlama:. "Bu hal banklararası hesablaşma fayllarının emal

AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2026-cı ilin ilk 5 ayında ölkənin valyuta bazarında təklif tələbi üstələyib. Bu tendensiya həm nağd, həm də qeyri-nağd valyuta seqmentlərində müşahidə olunub. bunu AMB-y

PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı

19 iyun 2026-cı il tarixində PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə Bakı Fond Birjasında yerləşdirilməsi yerli kapital bazarlarında tarixi rekord nəticənin əldə olunması ilə uğurla tamamlanmışdır. 13 apre

Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi

Yay fəsli biznesinizdə durğunluq dövrü demək deyil! Yelo Bank isti yay günlərində işinə fasilə vermək istəməyən, əksinə satışlarını və planlarını daha da böyütmək istəyən mikro sahibkarlar üçün xüsusi yay krediti təklif edir

Silahlı Qüvvələrimiz üçün xüsusi kredit

Expressbank Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bu sahədə çalışan şəxslər üçün istehlak kreditinin illik faiz dərəcəsinə endirim təklif edir. Belə ki, 70 00 manatadək nağd pul kreditini 3%-dək endirimli illik fai

TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

PAŞA Bank səhmlərinin yerləşdirilməsi uğurla yekunlaşdı

19 iyun tarixində Bakı Fond Birjasında PAŞA Bankın səhmlərinin ilkin kütləvi təklifinin (IPO) yerləşdirilməsi uğurla yekunlaşıb. Bakı Fond Birjasının Listinq Komitəsinin 3 aprel 2026-cı il tarixli qərarına əsasən Bankın səhmlər


iqtisadi xeberler bitkoin qiymeti telefonla pul qazanmaq rubl mezenne valyuta mezennesi