Etiket başqa, kassada başqa qiymət: "Viva Desserts" müştərini belə yanıltdı
İstehlakçıların hüquqlarının pozulması ilə bağlı daha bir fakt qeydə alınıb.
FED.az bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Belə ki, "Viva Desserts" MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunub. Müəyyən edilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha sataraq istehlakçının aldadılmasına yol verib.
Fakt üzrə 10 aprel 2025-ci il tarixində protokol tərtib edilib. Bu əməldə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndi ilə müəyyən olunmuş hüquq pozuntusu əlamətləri müşahidə olunub.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, bu cür hallar – yəni malın hesabına dair istehlakçıların az miqdarda aldadılması – qanunla qadağandır və hüquqi məsuliyyət doğurur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab