"Euromoney" PAŞA Bankı "Azərbaycanın iri korporativ biznes üçün ən yaxşı bankı" seçib

®Beynəlxalq maliyyə nəşri Euromoney PAŞA Bankı "Awards for Excellence 2026" mükafatının "Azərbaycanın iri korporativ bizneslər üçün ən yaxşı bankı" ("Azerbaijan"s Best Bank for Large Corporates") nominasiyasının qalibi elan edib.
Mükafat iri korporativ müştərilər üçün təqdim olunan maliyyə xidmətlərinin keyfiyyəti, dayanıqlı biznes modeli, bazar mövqeyi, innovativ yanaşmalar və real sektorun inkişafına verilən töhfə nəzərə alınmaqla təqdim edilir. PAŞA Bankın bu nominasiyada qalib seçilməsi Bankın korporativ bankçılıq sahəsində lider mövqeyini, iri şirkətlər üçün etibarlı maliyyə tərəfdaşı kimi formalaşdırdığı nüfuzu və ölkə iqtisadiyyatının inkişafında oynadığı mühüm rolu beynəlxalq səviyyədə təsdiqləyir.
PAŞA Bankın uğurunun əsasında uzunmüddətli və ardıcıl inkişaf strategiyası dayanır. Bank fəaliyyətə başladığı gündən etibarən real sektorun maliyyələşdirilməsini əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu yanaşma sahibkarlığın inkişafına, qeyri-neft iqtisadiyyatının genişlənməsinə, iri investisiya layihələrinin həyata keçirilməsinə və ölkənin dayanıqlı iqtisadi artımına davamlı töhfə verib.
Strategiyanın uğuru Bankın maliyyə nəticələrində də öz əksini tapır. 2025-ci ilin yekunlarına əsasən PAŞA Bank korporativ kreditləşmə bazarında 19,3% bazar payı ilə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutudur. Hüquqi şəxslərin depozitləri üzrə bazar payı isə 25,6% çatıb. Bu göstəricilər Bankın korporativ müştərilər və biznes tərəfdaşları arasında formalaşdırdığı yüksək etimadı əks etdirir. Bank aktivlərinin həcminə görə Azərbaycanın ən böyük üç bankından biri olub, aktivləri il ərzində 14% və ya 1,23 milyard manat artaraq 9,84 milyard manata çatıb. Müştərilərə verilmiş kreditlərin həcmi 3,88 milyard manat təşkil edib.
Bankın kredit portfeli iqtisadiyyatın əsas istiqamətləri üzrə balanslı şəkildə formalaşdırılıb. Portfelin 24% ticarət, 21% xidmət, 18% sənaye, 17% isə nəqliyyat sektorunun payına düşür. Bu struktur PAŞA Bankın qeyri-neft iqtisadiyyatının aparıcı maliyyə tərəfdaşlarından biri olduğunu və ölkənin dayanıqlı iqtisadi inkişafına sistemli şəkildə töhfə verdiyini göstərir.
Bankın müştəriyönümlü yanaşması məmnunluq göstəricilərində də öz əksini tapır. 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən Net Promoter Score (NPS) 58,6, biznes kreditləri üzrə Müştəri Məmnuniyyəti İndeksi (CSI) isə 94 təşkil edib. Hər iki göstərici beynəlxalq təcrübə ilə müqayisədə yüksək səviyyədə qiymətləndirilir.
Bununla yanaşı, Bankın maliyyə dayanıqlığı beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. 2026-cı ildə Standard & Poor"s PAŞA Bankın uzunmüddətli kredit reytinqini "BB-", qısamüddətli kredit reytinqini isə "B" səviyyəsində təsdiqləyib və proqnozu "müsbət" səviyyəsinə yüksəldib. Həmin il Moody"s Ratings Banka "Ba2" reytinqi verib və proqnozu "müsbət" olaraq müəyyən edib.
PAŞA Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Cavid Quliyevin sözlərinə görə, Euromoney tərəfindən təqdim olunan bu mükafat Bankın uzunmüddətli inkişaf strategiyasının və müştəriyönümlü biznes modelinin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
"Biznes fəlsəfəmizin əsasında müştərilərimizlə uzunmüddətli tərəfdaşlıq münasibəti dayanır. Biz özümüzü klassik bank-müştəri münasibətləri çərçivəsində deyil, biznesin inkişafını dəstəkləyən etibarlı maliyyə tərəfdaşı kimi görürük. Məhz buna görə fəaliyyətimizin mərkəzində istehsal edən, investisiya yatıran, ixrac edən və yeni iş yerləri yaradan şirkətlər dayanır. Təxminən 20 ildir ki, bu yanaşmanı konkret nəticələrimizlə təsdiqləyir, müştərilərimiz və ölkə iqtisadiyyatı ilə birlikdə böyüyürük", – deyə Cavid Quliyev bildirib.
Qeyd edək ki, "Euromoney Awards for Excellence" qlobal maliyyə sektorunun ən nüfuzlu mükafatlarından biri hesab olunur. Qaliblər bankların maliyyə dayanıqlığı, bazar mövqeyi, innovativ yanaşmaları, korporativ müştərilər üçün yaratdığı dəyər və ölkə iqtisadiyyatına verdiyi töhfə əsasında müəyyən edilir. / banker.az

Banklar     Tarix: 17 iyul 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti