Expressbankda "Sağlamlıq ayı" keçirilir

Expressbankda ®Expressbank Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri keçirməyə davam edir.
7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə aprel ayı Bankda "Sağlamlıq ayı" elan edilib. Belə ki, Sağlamlıq ayı çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərdən birincisi Expressbank əməkdaşları üçün keçirilən Emosional Zəka mövzusundakı interaktiv seminar olub. Seminar "Psycho" Psixoloji Mərkəzinin peşəkar psixoloqları Lamiyə Miryaqubova və Leyla Sultanova tərəfindən aparılıb. 
Tədbir Bankın əməkdaşlarını stres və neqativ emosiyaların idarə olunması, fiziki və zehni rahatlama texnikaları, daxili və xarici motivasiya, münaqişələrin idarə edilməsi və həll yolları, empatiya və özünüdərk bacarıqları haqqında maarifləndirməklə onların iş mühitindəki rahatlıqlarına dəstək olmaq və sağlamlıqlarının qayğısına qalmaq əhəmiyyəti daşıyır. İştirakçıların aktiv sualları və komandalarla iş müşayiəti ilə keçirilən interaktiv seminar eyni zamanda əməkdaşlararası kommunikasiya bacarıqlarının möhkəmlənməsinə, ünsiyyət rahatlığına və zehni istirahətinə zaman ayırmasına xidmət edir.
Qeyd edək ki, Expressbank daha əvvəl də əməkdaşlarının sağlamlığına yönəlik bir sıra tədbirlər keçirib və bu yöndə korporativ məsuliyyət strategiyasına sadiqdir. / banker.az

Banklar     Tarix: 07 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart