"Expressbank"ın İdarə Heyəti sədri ABA-nı təbrik edib

"Expressbank" ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov Azərbaycan Banklar Assosiasiyasını (ABA) 35 illik yubileyi ilə əlaqədar təbrik edib. 
Təbrikdə deyilir:
"Azərbaycan Banklar Assosiasiyası artıq 35 ildir ki, ölkəmizdə bank sektorunun sağlam, dayanıqlı və müasir formada təkmilləşməsinə ardıcıl və məqsədyönlü dəstək göstərir. Bu əlamətdar tarix, təkcə bir təşkilatın deyil, bütövlükdə Azərbaycanın bank sektorunun uzun inkişaf yolunun müvəffəqiyyət simvoludur.
ABA illər boyunca banklararası həmrəyliyin gücləndirilməsi, sektorda şəffaf və davamlı inkişafa nail olunması, o cümlədən milli maliyyə sisteminin möhkəmləndirilməsi, dayanıqlı və müasir bank sektorunun formalaşdırılması istiqamətində mühüm təşəbbüslərə imza atmışdır. Müxtəlif dövrlərin iqtisadi çağırışlarına çevik cavab verən ABA üzv banklar üçün dayaq nöqtəsi və inkişaf platforması olmaqla qalmayıb, həmçinin beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşa çevrilmişdir.
Assosiasiyanın maarifləndirici fəaliyyətləri, təlim proqramları və bilik paylaşımı təşəbbüsləri bank əməkdaşlarının bacarıqlarının artırılmasında, eləcə də, maliyyə savadlılığının cəmiyyət üzrə yayılmasında əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, üzv banklar arasında bilik mübadiləsinin təşkili və ortaq maraqlar ətrafında aparılan işgüzar müzakirələrin uğurlu nəticələri ABA-nın səmərəli fəaliyyətinin təzahürüdür.
ABA-nın aparıcı dəyərlərindən biri olan əməkdaşlıq ruhu bu gün də sektorda ortaq fəaliyyətin yaratdığı gücü möhkəmləndirir, strateji məsələlərin birgə həllini təmin edir. Bu çərçivədə fəaliyyət göstərən ekspert qruplarının və işçi birliklərinin səmərəli fəaliyyəti, sektorun ehtiyaclarına uyğun çevik yanaşmanı təmin edir.
Expressbank kollektivi və şəxsən öz adımdan başda Zakir Nuriyev və Yunus Abdulov olmaqla, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyini və bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, ABA bundan sonra da innovativ təşəbbüsləri və qabaqcıl baxış bucağı ilə bank sektorunun inkişafına təkan verməyə davam edəcək.
Yeni nailiyyətlər və uğurlu gələcək arzusu ilə, 
"Expressbank" ASC-nin İdarə Heyətinin sədri, Mehman Məmmədov". / marja.az

Banklar     Tarix: 09 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart