"Faiz dərəcələrini endirmək vaxtı yaxınlaşır"

ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uoller (Christopher Waller) bankın faiz dərəcələrini endirməyə başlaması vaxtının "yaxınlaşdığını" bildirib.
Marja.az-ın məlumatına görə, Uoller bildirib ki, son bir neçə ay ərzində əldə olunan məlumatlar iqtisadiyyatın daha mülayim templə böyüdüyünü, işçi qüvvəsi tələbi və təklifinin tarazlaşdırıldığını, inflyasiyanın başlanğıcı ilə müqayisədə yavaşladığını göstərir. 
Mövcud məlumatların iqtisadiyyatda "yumşaq eniş"in təmin edilməsi ilə uyğun olduğuna diqqət çəkən Uoller, önümüzdəki bir neçə ayda məlumatların bu fikri dəstəkləyəcəyini gözlədiyini bildirib.
Uoller, "Son məqsədimizə çatdığımıza inanmasam da, faiz dərəcələrinin azaldılmasının zəruri olduğu vaxta yaxınlaşdığımıza inanıram" deyib.  
Kristofer Uoller qeyd edib ki, o, inflyasiyanın davamlı şəkildə aşağı düşdüyünə dair "daha ​​çox sübut" görmək istəyir.
Digər tərəfdən, Fed-in Nyu York bölməsinin rəhbəri Con Uilyams "The Wall Street Journal"a verdiyi müsahibədə bildirib ki, son üç aylıq inflyasiya məlumatları əmək bazarı şərtlərinin tədricən "soyuduğuna" dair əlamətlər ilə birlikdə Fed-i "dezinflyasiya tendensiyasına daha da yaxınlaşdırıb".
"Bunlar müsbət əlamətlərdir. İnflyasiyanın 2 faizlik hədəfimizə doğru davamlı şəkildə aşağı düşdüyünə daha çox inam qazanmaq üçün daha çox məlumat görmək istərdim", -Uilyams bildirmişdi.
Fed Bej Kitab hesabatı: Bəzi ştatda iqtisadi aktivlik azalıb 
FED, Amerika iqtisadiyyatında mövcud vəziyyətin qiymətləndirilməsini ehtiva edən "Bej Kitab" (Beige Book) hesabatının iyul buraxılışını dərc edib.
Hesabatda istehlakçıların yalnız zəruri məhsullara müraciət etdiyi üçün qiymət artımlarının mülayim olduğu bildirilib.
Məşğulluğun da mülayim bir artım qeyd etdiyi vurğulanan hesabatda, 5 ştatda iqtisadi aktivliyin sabit qaldığı və ya azaldığı bildirilib.
"İqtisadiyyatın gələcəyi ilə bağlı gözləntilər qarşıdan gələn seçkilərlə bağlı qeyri-müəyyənlik, daxili siyasət, geosiyasi qarşıdurmalar və inflyasiya səbəbindən növbəti 6 ayda artımın daha yavaş olacağı idi", - deyə hesabatda qeyd olunub.  
Hesabatda inflyasiyanın mülayim olduğu bildirilib, əksər ştatlarda xərclərin sabitləşməyə başladığı qeyd olunub.

Maliyyə     Tarix: 18 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler dollar manat kursu en son xeberler valyuta xeberleri avtomobil xeberleri