Faizlərin hesablanması dayandırılacaq, əmlak siyahıya alınmayacaq

Faizlərin hesablanması dayandırılacaq, əmlak siyahıya alınmayacaq2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ləğv prosesində olan kredit təşkilatlarının vergi xərclərinin azaldılması ilə bağlıdır. 
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki,  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması nəzərdə tutulur. Eyni zamanda, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim olunmasının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faizlərin hesablanması həyata keçirilir, habelə vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır.
Lakin Vergi Məcəlləsində müəssisənin ləğvetmə prosesində olduğu zaman onun vergilərin ödənilməsinin təxirə salınması və ya faizlərin hesablanmasının dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Bu baxımdan, ləğv prosesində olan kredit təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə inzibatçılığın sadələşdirilməsi məqsədilə Vergi Məcəlləsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanmasının dayandırılması və onların əmlakının siyahıya alınmaması ilə bağlı müddəalar daxil edilib. Bununla yanaşı, kredit təşkilatının müflis olması prosesi zamanı əmlak və torpaq vergisinin hesablanmasının iqtisadi baxımdan səmərəsiz olduğu nəzərə alınaraq, kredit təşkilatları müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan (ildən) etibarən əmlak və torpaq vergilərindən azad edilib.
Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirlərinin davam etdiyi nəzərə alınaraq, bu tədbirlər çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim olunmasının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin müddəti daha 4 il müddətinə uzadılıb. / marja.az

Maliyyə     Tarix: 29 dekabr 2022

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb


iqtisadi xeberler dollar manat kursu rubl mezenne online pul qazanmaq pul qazanmaq