FED bu həftə qərarını açıqlayacaq - Qlobal birjalarda son vəziyyət

FED bu həftə qərarını açıqlayacaq - Qlobal birjalarda son vəziyyətGeridə buraxdığımız həftə ərzində dünya maliyyə bazarlarında diqqətlər əsasən ABŞ-da dərc edilən istehsal və istehlak göstəricilərinə yönəlmişdir. Həmçinin, Amerikada zəif açıqlanan əmək göstəriciləri dolların istiqamətini dəyişdi, Avrozonada Avropa Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı və Böyük Britaniyada ÜDM məlumatları bazarlara əlavə siqnallar verdi.
ECB sentyabr iclasında faiz dərəcəsini sabit saxladı

Avropa Mərkəzi Bankı (ECB) sentyabr iclasının yekunlarına əsasən faiz dərəcəsini dəyişməyərək 2.15% səviyyəsində saxlayıb. Faiz dərəcələri ardıcıl ikinci iclasdır ki, dəyişdirilməyib. 
AMB-nin açıqlamasında qeyd olunub ki, Avrozonada inflyasiya orta müddətli 2%-lik hədəfinə yaxın səviyyədədir və tənzimləyicinin rəhbərliyi tərəfindən verilən inflyasiya proqnozu əvvəlki iclasla müqayisədə, ümumilikdə, dəyişməyib. Faiz dərəcələrinin dəyişdirilməsi və ya saxlanılması ilə bağlı qərarlar, xüsusilə, inflyasiya proqnozları və onlarla əlaqəli risklərə əsaslanacaq. AMB inflyasiyanın hədəf səviyyədə sabitləşməsini təmin etmək üçün ixtiyarında olan bütün alətləri tənzimləməyə hazırdır.
ECB-nin qərarından sonra tənzimləyici qurumun sədri Kristin Laqard mətbuat konfransında bildirib ki, Avrozonada dezinflasiya prosesi başa çatıb və inflyasiya artıq arzu olunan səviyyədədir. O, bir daha vurğulayıb ki, mərkəzi bank faiz dərəcələrinin dəyişməsi üzrə əvvəlcədən müəyyən edilmiş trayektoriyanı izləməyib və zərurət yarandıqda monetar siyasəti hər zaman korrektə etməyə hazırdır.
ABŞ: FED-in faiz dərəcəsi ilə bağlı qərarı 
Cari həftə ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qəbul edəcəyi qərar bazar iştirakçıları tərəfindən ən çox gözlənilən məlumatdır. Son həftə ABŞ-da açıqlanan statistik göstəricilər ölkədə məhdud inflyasiya və əmək bazarının zəifləməsinə işarə edir. Bütün bunlar FED-in yaxın iclasda faiz dərəcəsini endirmə ehtimalını artırıb. Hətta bəzi analitiklər bu endirimin birdən-birə 50 baza bəndi ola biləcəyini istisna etmir.
ABŞ-ın Əmək Nazirliyinin yaydığı məlumata əsasən, ölkədə avqust ayında istehlak qiymətləri illik ifadədə 2.9%, aylıq ifadədə 0.4% artıb (iyulda – 0.2%). Həmçinin, 7 sentyabrda bitən həftədə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 27 min nəfər artaraq 263 minə çatıb və 2021-ci ilin oktyabr ayından bəri maksimum həddə yüksəlib.
Əlavə olaraq, ötən həftə ABŞ və Çin nümayəndə heyətləri bazar günü Madriddə ticarət rüsumları və ixrac məhdudiyyətləri məsələləri də daxil olmaqla mübahisəli ticarət məsələləri üzrə növbəti danışıqlar raunduna başlayıblar.
Nəticədə, ötən həftəni EUR/USD, GBP/USD və USD/CHF məzənnələri üfüqi tendensiya ilə bitiriblər. USD/JPY valyuta cütlüyü isə 148.060 səviyyəsinə qədər bahalaşıb.
Bu həftə həmçinin Kanada Bankı (BoC), İngiltərə Bankı (BoE) və Yaponiya Bankı (BoJ) faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar. Həmçinin, Avrozonada və Böyük Britaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI) və ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri birjalara yön verəcək.
EUR
Ötən həftəyə artımla başlayan EUR/USD məzənnəsi çərşənbə axşamı günü 1.17800 səviyyəsinə qədər yüksəlib. ABŞ-da əmək bazarına dair məlumatların dərc olunması ərəfəsində məzənnə 1.16600 səviyyəsinə kimi ucuzlaşsa da, statistik göstəricilərin dərcindən sonra 1.17460 həddinə qədər bahalaşıb.
Yeni həftəyə bir qədər enişlə başlayan məzənnədə "ayılar" qiyməti 1.17000 həddinin altına salıb və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. 
Cari həftə Avrozonada və Almaniyada açıqlanacaq statiktik məlumatlar avronun gələcək istiqaməti haqqında ip ucları verəcək.
XAUUSD
Ötən həftənin çərşənbə axşamı 3675$-a qədər yüksələn qızıl tarixi maksimum həddini yenilədi. Lakin, qiymətli metal həftəni  3642$ səviyyəsində tamamladı. Hazırda 3634$ səviyyəsində ticarət olunan "sarı metal"ın qiyməti 3656$ həddini qırsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
OİLUK
"Brent" markəlı neftin bir barel üçün qiyməti ötən həftə ərzində 1%-dən çox bahalaşıb.
Ötən həftənin cümə günü 65.90$-a qədər ucuzlaşan "qara qızıl"ın qiyməti Ukrayna dronlarının Rusiyanın iri neft emalı zavodları və ixrac terminalları da daxil olmaqla, neft infrastrukturuna endirdiyi zərbələr fonunda 68.40$-a kimi yüksəldi. Analitiklər qeyd ediblər ki, əgər Ukrayna Rusiyanın ixrac infrastrukturuna hücumları davam etdirsə, dünya üzrə neft qiymətləri ilə bağlı proqnozlar yüksəldiləcək.
Bazarı dəstəkləyən amillər arasında geosiyasi risklər önə çıxır və bu, ABŞ-da tələbin zəifləməsi və "OPEC+" ölkələrinin hasilatın artırılması şəraitində potensial təklif artımı ilə bağlı treyderlərin narahatlıqlarından üstün gəlir.
Eləcə də, verilən məlumatlara əsasən, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanmasını yekunlaşdırıb. Qeyd olunur ki, Aİ, xüsusilə, Rusiya neftinin satışına əlavə məhdudiyyətləri nəzərdən keçirir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 15 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari