"FED-in faiz dərəcəsi ən azı 3 faiz bəndi həddində yüksəkdir

Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantı protokollarının dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər zəifləyib. Dünən 1.16900 səviyyəsindən bahalaşmağa başlayan EUR/USD cütlüyü bu gün səhər saatlarında 1.17500 səviyyəsinə qədər yüksəlib. USD/JPY cütlüyü isə ilk öncə 146.480 həddindən 145.750 həddinə kimi geriləyib, lakin hazırda artıq 146.400 həddinə kimi yüksəlib.
FED faiz dərəcələrinin perspektivləri ilə bağlı rəsmilər arasında fikir ayrılıqları əsasən tariflərin inflyasiyaya necə təsir göstərə biləcəyi ilə bağlı gözləntilərin fərqli olması ilə əlaqədardır. 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
İclasdan sonra dərc edilən yeni faiz dərəcəsi proqnozları göstərib ki, 19 rəsminin 10-u ilin sonuna qədər faiz dərəcələrinin ən azı iki dəfə azaldılacağını proqnoz edirlər. Lakin, yeddi nümayəndə ümumiyyətlə 2025-ci ildə faiz dərəcələrinin azaldılacağını proqnozlaşdırmır, iki nəfər isə yalnız bir dəfə azalmanın olacağını düşünür. Protokolda qeyd olunur ki, komitə üzvləri tariflərin inflyasiyaya potensial təsirinin vaxtı, miqyası və müddəti ilə bağlı "əldə olunan böyük qeyri-müəyyənliyə" işarə ediblər. Rəsmilər tariflərin nəticələrini fərqli qiymətləndirdiklərinə görə, onların inflyasiyaya mümkün təsiri ilə bağlı da müxtəlif yanaşmalar ortaya çıxıb.
ABŞ prezidenti Donald Tramp 1 avqust tarixindən etibarən ABŞ-a idxal olunan mallara tariflərin tətbiq ediləcəyi barədə ondan çox ölkənin liderinə məktub göndərib. O, həmçinin yaxın vaxtlarda idxal olunan misə 50%, əczaçılıq preparatlarına isə 200% həcmində tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Bundan əlavə, Tramp FED-i yenidən uçot faiz dərəcəsini endirməyə çağırıb.
"FED-in faiz dərəcəsi ən azı 3 faiz bəndi həddində yüksəkdir", – deyə o, "Truth Social" sosial şəbəkəsində yazıb. Tramp əlavə edib ki, bu faiz bəndlərinin hər biri ABŞ-a dövlət borcunun refinansinqi üzrə ildə əlavə 360 milyard dollara başa gəlir.
Hazırda bazar iştirakçıları FED-in cari ilin sonuna qədər faiz dərəcəsini daha iki dəfə, hər dəfə 25 baza bəndi olmaqla, azaldacağını ehtimal edir. Analitiklərin əksəriyyəti ilk endirimin sentyabr ayında olacağını proqnozlaşdırır.
Bu gün investorların diqqət mərkəzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 10 iyul 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq