"FED yayda faiz artırmağı dayandıra bilər"
ABŞ Mərkəzi Bankının (Fed) Atlanta şöbəsinin rəhbəri Raphael Bostic, FED-in yayın ikinci yarısında faiz artırımı prosesini dayandıra biləcəyini söyləyib.
Marja xəbər verir ki, jurnalistlərə açıqlama verən Bostic, iqtisadiyyatın yazda faiz artımlarının təsirini hiss etməyə başlayacağını proqnozlaşdırdığını, növbəti iclasda FED-in 0,25 bənd faiz artırmasını dəstəkləyəcəyini bildirib.
"Faizlərin 0,25 faiz bəndi artırılması iqtisadiyyat üçün riskləri məhdudlaşdırmaq üçün yaxşı addımdır" deyən Bostic, inflyasiyanın yavaşlamadığı təqdirdə faiz artımlarının davam etdirilməsinə hazır olduğunu da əlavə edib.
Bostic, 4,50-4,75% diapazonunda olan faiz dərəcələrinin "məqbul" səviyyəyə çatması səbəbindən FED-in faiz artırmağı dayandırmağa yaxın ola biləcəyini söyləyib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları