Fiksə məzənnə və iqtisadi siyasət – bəzi Ərəb ölkələrinin təcrübəsi nə deyir?

Fiksə məzənnə və iqtisadi siyasət – bəzi Ərəb ölkələrinin təcrübəsi nə deyir?Məlumdur ki, neft-qaz resursları ilə zəngin Ərəb ölkələrinin bir çoxunda, məsələn, Qətər, BƏƏ, S. Ərəbistanda milli valyutanın məzənnəsi ABŞ dollarına nəzərən uzun müddətdir ki, fiksədir, yəni müəyyən kiçik volatilliyə baxmayaraq eyni səviyyədə sabitdir. Əlbəttə məzənnə tək başına iqtisadi indikator deyil, bu həm də çox ciddi psixoloji, sosial və hətta siyasi bir göstəricidir. O baxımdan məzənnə rejimi seçimlərində ölkələrin fiksə məzənnədə qalmaları tam başa düşüləndir. BVF-nin son hesablamalarına əsasən ötən on ildə fiksə məzənnə rejimində (hard və soft peg birlikdə) olan ölkələrin ümumi ölkələrdəki payı 56%-dən 60%-ə yüksəlmişdir. Başqa bir ifadə ilə hazırda dünyada hər 10 ölkədən altısı "peg" məzənnə rejimindədir.
İstənilən məzənnə rejimi kimi fiksə məzənnə rejiminin də özünəxas müsbət və mənfi tərəfləri var. Burada üzərində durmaq istənilən məqam "peg" məzənnə və rəqabətlik dilemmasının balanslaşdırılmasıdır. Daha konkret desək, bir ölkənin milli valyutası ABŞ dollarına qarşı dəyər itirirsə digəri isə sabit qalırsa bu zaman ceteris-paribus halında sabit qalan ölkənin ixrac məhsulları bahalaşır və nəticədə ölkənin rəqabətliyi zəifləyir. Əlbəttə iqtisad-riyazi baxımdan hesablama belə sadə olmur, burada ölkələr arasında inflyasiya fərqləri, bəzi hallarda əmək xərci, ticarətdə ölkələrin payları və s. nəzərə alınır. Əlavə olaraq ucuz məzənnənin rəqabətliyə uzun müddətdə təsirinə dair geniş araşdırma ədəbiyyatı da mövcuddur. Sadəcə burada belə konkret məqamları kənara qoyub ana suala yönəlmək istənilir. Fiksə məzənnə bu və ya digər amillər nəzərə alındıqda yegane seçimdirsə, belə bir iqtisadi "set-up"-da rəqabətlik necə təmin oluna bilər? Makroiqtisadi siyasət necə formalaşdırıla bilər ki, "peg" rejimin səbəb olduğu potensial rəqabətlik məsələləri ortadan qaldırılsın?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yuxarıda adları sadalanan bəzi ölkələr bu makroiqtisadi məsələni miqrasiya hesabına ciddi idarə edə bilirlər. Belə ki, bu ölkələrdə iqtisadiyyatın həcmi və demoqrafik struktur böyük miqrant kütləsinə ehtiyac yaradır. Ehtiyacın əsasən aşağı gəlirli ölkələrdən təmin edildiyini nəzərə aldıqda iqtisadiyyatın rəqabətli işçi xərci ilə necə dəstəkləndiyini təsəvvür etmək çətin deyil. Miqrant miqyası həqiqətən də böyükdür, belə ki, Qətərdə miqrantlar ümumi məşğul əhalinin 95%-ni, S. Ərəbistanda isə 75%-i təşkil edir. Bütövlükdə baxdıqda miqrantların ümumi məşğulluqda böyük payı, onların əsasən aşağı gəlirli ölkələrdən cəlbi, iqtisadi siyasətin bu strateji xəttə adaptasiyası iqtisadiyyata ciddi rəqabətlik qazandırmışdır. Nəzərə almaq lazımdır ki, əmək haqqı xərci iqtisadi agentlərin ümumi xərc strukturunda ən böyük paya malik xərc maddələrindən biridir. Müqayisə üçün, Azərbaycanda qeyri-neft sektorunda əmək ödənişləri qeyri-neft ÜDM-nin 36%-ə bərabərdir. Beləliklə bununla əlaqədar istənilən addım, yəni iqtisadiyyatın aşağı əmək xərci ilə dəstəklənməsi təşəbbüsləri, ümumi rəqabətlik baxımından ciddi üstünlük qazandırır. Ona görə də təsadüfi deyil ki, Qətərdə ötən on il ərzində ölkə üzrə orta aylıq əmək haqqı nominal ifadədə təqribən 15%, real ifadədə isə cəmi 2% artmışdır. Təəssüf ki, ictimaiyyətə açıq mövcud statistik məlumatlar kifayət etmir, amma çox yüksək ehtimallıdır ki, miqrant seqmentində real əmək haqqı artmır, əksinə real ifadədə azalır. Oxşar dinamika digər baxılan ölkə nümunələrində də keçərlidir.
İqtisadiyyatda əmək haqqı xərcinin bu şəkildə adekvat idarə olunması ölkələrə ticarət tərəfdaşları ilə müqayisədə məhsul və xidmətləri daha ucuz təklif etmək və sonda rəqabətli olma imkanını qazandırır. Beləliklə iqtisadi siyasət tam aydın olur. Bir tərəfdən ölkə "fiksə" məzənnə rejimində qalır, bu ölkəyə iqtisadi sabitlik qazandırır və davamlı iqtisadi artımın təmin edilməsinə töhfə verir. Digər tərəfdən isə sabit məzənnəyə görə pisləşən ticarət mövqeləri müqayisədə daha aşağı əmək xərci hesabına kompensasiya edilir.
Elman Eminov, iqtisadçı / marja.az

Maliyyə     Tarix: 08 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun