Azərbaycanın qeyri neft-qaz sektorunda iqtisadi artım yavaşlayıb

Azərbaycanın qeyri neft-qaz sektorunda iqtisadi artım yavaşlayıbDövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
2025-ci ilin yanvar-avqust aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artmışdır. 2025-ci ilin yanvar-iyul aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdı.
ÜDM istehsalının 34,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 8111,3 manata bərabər olmuşdur.
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında 42,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artmışdır.
Sənaye məhsulunun 61,2 faizi mədənçıxarma sektorunda, 32,3 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 85,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 29,0 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,4 faiz, tütün məmulatlarının istehsalı 8,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 0,7 faiz artmış, neft məhsullarının istehsalı 0,1 faiz, içkilərin istehsalı 0,4 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, mebel istehsalı 7,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,3 faiz, hazır metal məmulatlarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 13,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,0 faiz, geyim istehsalı 20,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 22,1 faiz, poliqrafiya məhsullarının istehsalı 23,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 24,8 faiz, kağız və karton istehsalı 26,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 29,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz artmışdır.
İnvestisiyalar 
2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11374,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,0 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 5800,2 milyon manatı və ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 3819,9 milyon manatı (33,6 faizi) xidmət sahələrinə, 1754,4 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 8752,8 milyon manatını və ya 77,0 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8985,9 milyon manatı və ya 79,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. / marja.az

Maliyyə     Tarix: 11 sentyabr 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari