"Bank of Baku" ötən il səhmdarlara dividend ödənişlərini artırıb
"Bank of Baku" ASC 2025-ci il üzrə xalis mənfəətindən səhmdarlarına 12 mln. manat dividend ödəyib. Müqayisə üçün, 2024-cü ildə dividend ödənişi 10.53 mln. manat təşkil etmişdi. Nəticədə dividend məbləği illik müqayisədə 1.47 mln. manat və ya 14.0% artıb.
Banker.az bunu bankın audit hesabatına istinadən xəbər verir.
Son iki ildə bank ümumilikdə 22.53 mln. manat dividend paylayıb.
Bank hesabat ilini 27.82 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 2.6% və ya 718 min manat çoxdur. Bank bir il əvvəl 27.10 mln. manat xalis mənfəət əldə etmişdi.
Maliyyə hesabatına əsasən, bankın bölüşdürülməmiş mənfəəti 2024-cü ilin sonundakı 128.47 mln. manatdan 2025-ci ilin sonunda 144.59 mln. manata yüksəlib. Beləliklə, göstərici il ərzində 16.12 mln. manat və ya 12.5% artıb.
Hesabata görə, "Bank of Baku"nun cəmi kapitalı 2025-ci ilin sonuna 208.59 mln. manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 8.2% artım deməkdir. Bankın aktivləri isə 1.18 mlrd. manata yüksələrək illik müqayisədə 20.9% böyüyüb.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?