"AFB Bank" fərdi sahibkarlara verdiyi kreditləri ikiqat artırıb – HESABAT

"AFB Bank" ASC-nin fərdi sahibkarlara verdiyi kredit portfeli 2025-ci ilin sonuna 49.21 mln. manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 21.37 mln. manatla müqayisədə 130.3% çoxdur.
Banker.az xəbər verir ki, bank keçən il kredit portfelini artırmaqla bərabər, onun keyfiyyətində yaxşılaşdırıb. 2025-ci ilin sonunda bankın kredit portfelinin böyük hissəsi — 45.89 mln. manat və ya 93.3%-i vaxtında ödənilən və kredit riski aşağı olan kreditlərdən ibarət olub. Bir il əvvəl bu göstərici 17.1 mln. manat və ya 80% təşkil edirdi. Nəticədə problemli kreditlərin portfeldə xüsusi çəkisi 17.9%-dən 3.5%-ə qədər geriləyib.
Eyni zamanda, problemli kreditlər üzrə ayrılmış ehtiyatlar 5.12 mln. manatdan 3.41 mln. manata enərək 33% azalıb. Vaxtında qaytarılmayan və yüksək riskli kreditlərin həcmi isə 3.83 mln. manatdan 1.7 mln. manata düşərək 55% azalıb.
Portfelin təminat göstəricilərinə görə, bankın müştərilərə verdiyi kreditlərin balans dəyəri 282.6 mln. manat təşkil edib. Bunun 144.4 mln. manatı və ya 51%-i girovla təmin olunub. Sahibkar kreditləri üzrə balans dəyəri 49.2 mln. manat olduğu halda, onların təminat dəyəri 22.8 mln. manat olub ki, bu da portfelin 46%-nə bərabərdir.
Bank üzrə ümumi fərdi sahibkarlara verilən kreditlərdə girov təminatında isə daşınmaz əmlakın payı 98% təşkil edib.
Qeyd edək ki, "AFB Bank" kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin biznes ehtiyaclarının maliyyələşdirilməsi üçün mikro kredit verir. Kredit məbləği 500 manatdan başlayaraq 200 min manata qədər dəyişir və milli valyutada təqdim edilir. Kredit üzrə illik faiz dərəcəsi 15%-dən başlayır, faktiki illik faiz dərəcəsi isə 15.4%-31.09% aralığında formalaşır.

Banklar     Tarix: 05 iyun 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri