"Premium Bank"da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib
"Premium Bank" ASC-nin İdarə Heyətinin üzvlərindən biri və bankın mühüm rəhbər vəzifələrindən birini tutan şəxs postunu tərk edib.
Banker.az xəbər verir ki, bu, Fərid Abbasov Ağalar oğludur. Məlumata əsasən, o 1 iyundan etibarən bankdakı fəaliyyətini dayandırıb.
Bununla da, İdarə Heyətinin üzvlətinin sayı sədrlə birlikdə ikiyə düşüb. Abbasovun yerinə hər hansısa təyinat olmayıb.
2024-cü ildən F.Abbasov bankın Baş risk inzibatçısı vəzifəsində çalışırdı.
Qeyd edək ki, son illərdə Azərbaycan banklarında Baş risk inzibatçısı (Chief Risk Officer – CRO) vəzifəsi bank sektorunda xeyli gücləndirilib və artıq bir çox hallarda sədrdən sonra ən təsirli rəhbər vəzifələrdən biri hesab olunur.
Mərkəzi Bankın "Banklarda risklərin idarə olunması haqqında Qaydalar"ına görə, Baş Risk İnzibatçısı kredit, investisiya və ya yeni məhsulla bağlı qərarla razılaşmazsa, məsələ Müşahidə Şurasına çıxarılmalıdır və həmin qərarın icrası müvəqqəti dayandırılır. Bu isə çox ciddi veto hüququna bənzər səlahiyyətdir.
Qaydalara əsasən CRO risklərin idarə olunması, kredit, investisiya və yeni məhsullar üzrə qərar qəbul edən komitələrin üzvü olmalıdır. Yəni bankın əsas biznes qərarları onun iştirakı olmadan verilmir.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?