Nağdsız alınmış əmlak üzrə 91 milyon manat ƏDV məbləği vətəndaşlara geri qaytarılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihənin icrası davam etdirilir.
Xidmətin yaydığı məlumata görə, 2026-cı ilin martın 1-dək portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28 237 müraciət daxil olub. Bu müraciətlərdən 17 072-si üzrə 90,7 milyon manat vəsaitin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9 234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2026-cı ilin ilk 2 ayı ərzində portal vasitəsilə ümumilikdə 1 265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.
Vətəndaşların müraciətləri üzrə imtina hallarına səbəb olan əsas məqamlar aşağıdakılardır:
• Son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi;
• Ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması;
• Ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi;
• Ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi.
Qeyd edək ki, ödənişin tam və ya bir hissəsi alıcı tərəfindən deyil, başqa şəxs tərəfindən aparıldıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır.
Dövlət Vergi Xidməti tərəfindən mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericiliyə uyğun qaydada təqdim etmələri tövsiyə olunur. Məlumat üçün bildirək ki, portal istifadəyə verildikdən sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3.914 sayda müvafiq məlumat forması təqdim edilib. Bu istiqamətdə vergi orqanları tərəfindən müvafiq monitorinq və təhlil işləri aparılır. / marja.az

"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb
"Standard Chartered": Hörmüzdən neft axını hələ normallaşmayıb
Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ
Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ
Aqrar biznesə dəstək: "PAŞA Sığorta" 280 000 manata yaxın zərəri ödədi
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Hazır bizneslərdə ən çox edilən 5 səhv
ƏDV geri al və onun üstünlükləri
Bill Qeyts kimdir?
İban nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?