İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir
(®) Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir.
Proqrama qəbul 28 aprel 2026-cı il tarixində PAŞA Holding və SOCAR, İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Proqramla bağlı əsas məlumatları aşağıda diqqətinizə çatdırırıq:
"Global MBA" proqramı beynəlxalq səviyyədə tanınan rəsmi MBA (magistr) dərəcəsi təqdim edir. Tədris prosesi qarışıq (hibrid) formatda təşkil olunacaq. Bu çərçivədə həm onlayn dərslər, həm də Bakı və Madriddə əyani tədris sessiyaları nəzərdə tutulur. Proqramın tədrisi ingilis dilində aparılacaq.
Proqrama müraciət etmək üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Lisenziyalı və akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən bakalavr dərəcəsinə malik olmaq;
• Qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo, Cambridge) və ya əvvəlki ali təhsilin ingilis dilində alınması;
• Proqramda iştirak müddətində aktiv əmək fəaliyyəti ilə məşğul olmaq;
• 5 ildən 15 ilədək peşəkar iş təcrübəsinə malik olmaq;
• Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq
• Liderlik potensialı və davamlı peşəkar inkişaf göstəricilərinə sahib olmaq
"Global MBA" proqramı maksimum 40 iştirakçı üçün nəzərdə tutulub. Onlardan:
• 15 iştirakçı PAŞA Holding-dan,
• 15 iştirakçı SOCAR-dan,
• 10 iştirakçının isə ümumi əmək bazarından olması nəzərdə tutulub.
Proqrama qəbul olunan namizədlər üçün təhsil haqqı əməkdaşlıq çərçivəsində təqdim olunan xüsusi endirim əsasında 50,000 avro təşkil edəcəkdir. Ödəniş şərtləri və maliyyələşdirmə imkanları qeydiyyat prosesi zamanı birbaşa IE Universiteti tərəfindən müəyyən ediləcək.
Qeyd: Proqramın məqsədlərinə və Azərbaycanda liderlik potensialının inkişafına töhfə vermək baxımından qəbul prosesində Azərbaycan Respublikası vətəndaşlarına üstünlük veriləcək. Mövcud yerlərdən və yekun iştirakçı tərkibindən asılı olaraq, xarici əcnəbi vətəndaşların müraciətlərinə də baxıla bilər.
Proqram haqqında qısa məlumat:
• Müddət: 22 ay
• Başlanma tarixi: Sentyabr 2026
• Maraq formasının təqdim edilməsi üçün son tarix: 12 iyun 2026
Müraciət prosesi: Proqrama qəbul IE Universitetinin qəbul qaydaları, seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək.
Maraqlanan namizədlərdən maraq formasını tamamlamaları xahiş olunur - .
Sorğu proqramda iştirak etməkdə maraqlı olan əməkdaşlar barədə ilkin məlumatların toplanması məqsədini daşıyır. Yalnız sorğunu tamamlayan və ilkin qəbul tələblərinə cavab verən namizədlər IE Universitetinin onlayn müraciət sisteminə dəvət alacaqlar.
Qeyd edək ki, "Global MBA" proqramı və müraciət prosesi haqqında daha ətraflı məlumat əldə etmək istəyən əməkdaşlar üçün iki məlumat sessiyası təşkil olunacaq. Maraqlanan hər kəs öz iş qrafikinə uyğun olan sessiyaya qoşula bilər. Sessiyalarla bağlı məlumatlar aşağıda təqdim olunur:
Sessiya 1
Tarix: 9 iyun 2026
Vaxt: 11:00 (Bakı vaxtı) / 09:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki:
Kod: AzMBA2026!
Sessiya 2
Tarix: 10 iyun 2026
Vaxt: 16:00 (Bakı vaxtı) / 14:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki:
Kod: AzMBA26*
Qeyd edək ki, təhsil və inkişaf mövzusu PAŞA Holding-in strategiyasında mühüm yer tutur. Bu istiqamətdə Holding və onun törəmə şirkətləri insan kapitalının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirir. Bunlara "Elachi", "Leading Lights", "Future Shapers" kimi proqramlar, eləcə də digər təhsil və bacarıqların inkişafına xidmət edən layihələr daxildir. / marja.az

Avtomobillərin sığortası üzrə haqlar 0,4%, ödənişlər isə 27,3% artıb
"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb
İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb
Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib
Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb
PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb
İnvestisiyanın necə cəlb etmək olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri