Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb®Dövlət bankı Azər Türk Bankın kollektivi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin doğum gününün ildönümü ilə əlaqədar onun məzarını ziyarət edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb.
Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsilini tamamlamışdır.
Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərmiş, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmiş, bir sıra beynəlxalq sertifikatlar əldə etmiş və xaricdə peşəkar təlimlərdə iştirak etmişdir.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. Daha sonra Bankın Rəqəmsal Transformasiya Mərkəzində mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirmişdir.
İşgüzarlığı, təşəbbüskarlığı və yüksək peşəkarlığı ilə seçilən Rauf Əliyev kollektivdə böyük hörmət qazanmışdır. 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparmışdır. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Göstərdiyi şücaət və xidmətlərinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq sərəncamlarla "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və bankın kollektivi Rauf Əliyevin ailə üzvlərinin iştirakı ilə şəhidimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad etmiş, onun timsalında bütün şəhidlərimizi hörmət və ehtiramla anmışdır.
Azər Türk Bank Vətən müharibəsində şəhid olmuş bütün hərbçilərimizin əziz xatirəsini qürurla yad edir, onların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir. Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır.
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıbAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıbAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb/ banker.az

Banklar     Tarix: 04 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri